1 KORİNFLİLӘRӘ 1

1Allahın iradәsi ilә Mәsih İsanın hәvarisi olmağa çağırılmış mәn Pauldan vә qardaşımız Sostendәn 2Allahın Korinfdә olan imanlılar cәmiyyәtinә salam! Siz Mәsih İsada tәqdis olunmusunuz. Rәbbimiz İsa Mәsihin adını hәr yerdә çağıran hamı ilә birlikdә müqәddәs olmağa çağırılmısınız. O hәm onların, hәm dә bizim Rәbbimizdir. 3Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 4Allahın Mәsih İsada sizә bәxş etdiyi lütfә görә sizin üçün hәmişә Allahıma şükür edirәm. 5Çünki siz Mәsihdә hәr cәhәtdәn – hәr cür sözdә vә bilikdә zәnginlәşmisiniz. 6Buna görә Mәsih haqqındakı şәhadәtimiz sizdә tәsdiqlәndi. 7Bu sәbәbdәn siz Rәbbimiz İsa Mәsihin zühurunu gözlәyәrәk ruhani әnamdan heç bir korluq çәkmirsiniz. 8Rәbbimiz İsa Mәsih Öz günündә nöqsansız olmanız üçün sizi sonadәk qüvvәtlәndirәcәk. 9Sizi Oğlu Rәbbimiz İsa Mәsihlә şәrik olmağa çağıran Allah sadiqdir. 10Ey qardaşlar, Rәbbimiz İsa Mәsih naminә sizә yalvarıram: hamınız hәmfikir olun. Qoy aranızda dәstәbazlıq olmasın, eyni düşüncәdә vә eyni ağılda birlәşin. 11Qardaşlarım, Xloinin evindәkilәrindәn aranızda münaqişәlәr olduğunu öyrәndim. 12Demәk istәdiyim budur ki, hәr biriniz "mәn Paulun ardıcılıyam","mәn Apollonun ardıcılıyam","mәn Kefanın ardıcılıyam"vә yaxud "mәn Mәsihin ardıcılıyam" deyir. 13Mәgәr Mәsih bölünmüşdü? Mәgәr sizә görә çarmıxa çәkilәn Paul idi? Mәgәr siz Paulun adı ilә vәftiz edildiniz? 14Mәn Krisp vә Qaydan başqa sizlәrdәn heç kimi vәftiz etmәdiyimә görә Allaha şükür edirәm. 15Belә etdim ki, heç kim mәnim adımla vәftiz edildiyini demәsin. 16Yeri gәlmişkәn, mәn bir dә Stefananın evindәkilәri vәftiz etdim. Bundan başqa kimisә vәftiz etdiyimi xatırlamıram. 17Axı Mәsih mәni vәftiz etmәyә deyil, Müjdәni yaymağa göndәrdi. Mәsihin çarmıxı boşa çıxmasın deyә Müjdәni müdrik sözlәrlә yaymıram. 18Çünki çarmıx barәsindәki kәlam mәhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlәr üçünsә Allahın qüdrәtidir. 19Necә ki yazılıb: "Müdriklәrin müdrikliyini mәhv edәcәyәm, Aqillәrin ağlını yox edәcәyәm". 20Hanı müdrik? Hanı alim? Hanı bu dövrün mahir mübahisәçisi? Mәgәr Allah dünyanın müdrikliyinin ağılsızlıq olduğunu nümayiş etdirmәdi? 21Allahın müdrikliyindә dünya öz müdrikliyi ilә Allahı tanımadığı üçün Allah iman edәnlәri ağılsız sayılan vәz vasitәsilә xilas etmәyә razı oldu. 22Çünki Yәhudilәr möcüzәli әlamәtlәr istәyir, Yunanlar müdriklik axtarır. 23Bizsә çarmıxa çәkilmiş Mәsihi vәz edirik. Bu, Yәhudilәr üçün büdrәmә daşı, başqa millәtlәr üçün isә ağılsızlıq sayılır. 24Amma çağırılan hәm Yәhudilәr, hәm dә Yunanlar üçün Mәsih Allahın qüdrәti vә Allahın müdrikliyidir. 25Çünki Allahın "ağılsızlığı" insan müdrikliyindәn daha üstündür, Allahın "zәifliyi" insan gücündәn daha güclüdür. 26Qardaşlar, aldığınız çağırış barәsindә düşünün. Bir çoxunuz bәşәri nöqteyi-nәzәrdәn müdrik, nüfuzlu vә yaxud әsilzadә deyildiniz. 27Allah isә müdriklәri utandırmaq üçün dünyanın ağılsız saydıqları, güclülәri utandırmaq üçün dünyanın zәif saydıqları, 28dünyanın dәyәrli sayılanlarını heç etmәk üçün dünyanın xor baxdıqları, әsilsiz vә dәyәrsiz sayılan kәslәri dә seçdi ki, 29Allahın qarşısında heç bir insan öyünmәsin. 30Amma siz Allahın sayәsindә Mәsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqәddәslik vә satınalınma oldu. 31Buna görә yazıldığı kimi "öyünәn Rәbdә öyünsün".


Copyrighted Material
Learn More

will be added

X\