1 KORİNFLİLӘRӘ 16

1İndi isә müqәddәslәr üçün ianәlәr yığmağa gәlincә, Qalatiya cәmiyyәtlәrinә necә buyurmuşamsa, siz dә elә edin. 2Hәr hәftәnin birinci günü hamınız qazancınıza görә müәyyәn miqdarda pul ayırıb saxlayın ki, mәn yanınıza gәlәndә ianә yığmağa ehtiyac qalmasın. 3Oraya çatanda ianәlәrinizi Yerusәlimә çatdırmaq üçün seçdiyiniz adamları mәktublarla göndәrәcәyәm. 4Әgәr mәnә dә getmәk mәslәhәt olsa, onlar mәnimlә gedәr. 5Mәn Makedoniyadan keçәndәn sonra yanınıza gәlәcәyәm, çünki Makedoniyadan keçmәk niyyәtindәyәm. 6Bәlkә dә yanınızda bir az qalacağam, hәtta qışı da keçirәcәyәm ki, siz mәni gedәcәyim yerlәrә yola salasınız. 7Çünki mәn sizinlә ötәri görüşmәk istәmirәm. Rәbbin izni ilә yanınızda bir müddәt qalmağa ümid edirәm. 8Efesdә isә Әllinci Gün bayramınadәk qalacağam. 9Çünki mәnә fәal iş üçün geniş qapı açılıb. Mәnә qarşı çıxanlar da çoxdur. 10Timotey nә vaxt yanınıza gәlsә, aranızda olanda onun heç bir şeydәn qorxmamasına diqqәt yetirin, çünki o da mәnim kimi Rәbbin işini görür. 11Bu sәbәbә görә dә qoy heç kim ona xor baxmasın. Fәqәt onu әmin-arxayın yola salın ki, o yanıma gәlә bilsin. Çünki mәn qardaşlarla birgә onu gözlәyirәm. 12Apollo qardaşa gәlincә, mәn ondan çox xahiş etdim ki, qardaşlarla birgә yanınıza getsin, amma o indi heç bir vasitә ilә getmәk istәmir. Ona münasib olan vaxt gedәcәk. 13Ayıq olun, imanda sabit durun, mәrd vә möhkәm olun. 14Qoy etdiyiniz hәr bir әmәl mәhәbbәtlә olsun. 15Qardaşlar, sizdәn bir xahişim var. Siz Stefananın ailәsini tanıyırsınız vә bilirsiniz ki, onlar Axayyanın ilk imanlılarıdır. Onlar özlәrini müqәddәslәrin xidmәtinә hәsr etmişlәr. 16Siz dә belә adamlara vә onlarla birlikdә çalışan vә zәhmәt çәkәn hәr kәsә tabe olun. 17Stefana, Fortunat vә Axaikin gәlmәsinә sevinirәm, çünki onlar gәlәndә sizin üçün darıxmağımı unutdum. 18Onlar sizin kimi mәnim dә ruhumu tәzәlәdilәr. Belәlәrinin qәdrini bilin. 19Sizi Asiya vilayәtinin cәmiyyәtlәri salamlayır. Akila vә Priskila öz evlәrindә toplaşan cәmiyyәtlә birlikdә Rәbbin ismi ilә sizә çoxlu salam göndәrirlәr. 20Bütün bacı-qardaşlar sizә salam göndәrir. Bir-birinizi müqәddәs öpüşlә salamlayın. 21Mәn Paul bu salamı öz әlimlә yazıram. 22Rәbbi sevmәyәnә lәnәt olsun. Marana ta! 23Rәbbimiz İsanın lütfü sizә yar olsun! 24Mәnim mәhәbbәtim Mәsih İsada olan hamınızla olsun!


Copyrighted Material
Learn More

will be added

X\