1 YӘHYA 1

1Biz Hәyat Kәlamını elan edirik; bu hәmin Kәlamdır ki, başlanğıcdan var idi vә biz Onu eşitdik, gözlәrimizlә gördük, seyr etdik vә әllәrimizlә hiss etdik. 2Hәyat zahir oldu, biz dә onu görüb şahidlik edirik vә Ata ilә birlikdә olub bizә zahir olan әbәdi hәyatı sizә elan edirik. 3Biz sizә gördüyümüzü vә eşitdiyimizi elan edirik ki, sizin dә bizimlә şәrikliyiniz olsun; bizim şәrikliyimiz dә Ata vә Onun Oğlu İsa Mәsihlәdir. 4Bunları biz yazırıq ki, sevincimiz kamil olsun. 5Mәsihdәn eşitdiyimiz vә sizә elan etdiyimiz xәbәr budur ki, Allah nurdur vә Onda zәrrә qәdәr dә qaranlıq yoxdur. 6Әgәr biz "Allahla şәrikliyimiz var" dediyimiz halda qaranlıqda gәziriksә, demәk, yalan danışırıq vә hәqiqәtә әmәl etmirik. 7Amma O, nurda olduğu kimi biz dә nurda gәziriksә, onda bir-birimizlә şәrikliyimiz var vә Onun Oğlu İsanın qanı bizi hәr günahdan tәmizlәyir. 8Әgәr günahsız olduğumuzu iddia ediriksә, özümüzü aldadırıq vә daxilimizdә hәqiqәt yoxdur. 9Amma günahlarımızı etiraf ediriksә, Allah sadiq vә әdalәtli olduğu üçün günahlarımızı bağışlayacaq vә bizi hәr haqsızlıqdan tәmizlәyәcәk. 10Әgәr günahkar olmadığımızı iddia ediriksә, onda Onu yalançı yerinә qoyuruq vә daxilimizdә Onun sözü olmur.


Copyrighted Material
Learn More

will be added

X\