1 PETER 1

1İsa Mәsihin hәvarisi mәn Peterdәn seçilmiş, Pont, Qalatiya, Kappadokiya, Asiya vilayәti vә Bitinyaya yayılmış qәriblәrә salam! 2Ata Allahın qabaqcadan bilmәsinә görә siz Ruh tәrәfindәn tәqdis olunaraq İsa Mәsihә itaәt etmәniz vә Onun qanının üzәrinizә sәpilmәsi üçün seçilmisiniz. Qoy lütf vә sülh sizә bol-bol verilsin! 3Rәbbimiz İsa Mәsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mәrhәmәtinә görә yenidәn doğulmamızı tәmin etdi. İsa Mәsihin ölülәr arasından dirilmәsi ilә bizi canlı ümidә, 4çürümәz, lәkәsiz, solmaz bir irsә qovuşdurdu. Bu irs sizin üçün göylәrdә saxlanılır. 5Siz Allahın qüdrәti ilә axır zamanda aşkar olunmağa hazır olan xilas üçün iman vasitәsilә qorunursunuz. 6Buna görә hal-hazırda qısa bir müddәt cürbәcür sınaqlarda kәdәrә düşmәyә mәcbur olsanız da, hәdsiz sevinirsiniz; 7belә ki imanınızın sınaqdan keçmәsi İsa Mәsihin zühurunda sizә tәrif, izzәt vә şәrәf gәtirsin. Bu imanınız odla tәmizlәnsә belә, fani qızıldan daha çox dәyәrlidir. 8Siz İsa Mәsihi görmәmisiniz, amma Onu sevirsiniz. Hәtta siz Onu indi dә görmürsünüz, lakin Ona iman edib tәsvirolunmaz vә izzәtli sevinclә hәdsiz sevinirsiniz. 9Çünki imanınızın nәticәsindә canınızın xilasına nail olursunuz. 10Sizә göstәrilәcәk lütf barәsindә әvvәlcәdәn xәbәr verәn peyğәmbәrlәr bu xilasa dair araşdırma vә tәdqiqatlar aparardı. 11Onların daxilindә olan Mәsihin Ruhu Mәsihin әzabları vә onlardan sonrakı izzәti barәdә әvvәlcәdәn şәhadәt edirdi. Bunların necә vә nә vaxt gәlәcәyi barәdә Ruhun nә göstәrdiyini araşdırdılar. 12Bu şeylәri elan edәrәk özlәrinә deyil, sizә xidmәt etdiklәri onlara açıqca göstәrildi. Müjdәni göydәn göndәrilmiş Müqәddәs Ruh vasitәsilә sizә yayanlar indi hәmin xәbәri sizә bildirdi. Mәlәklәr dә bu şeylәri yaxından tanımaq arzusundadır. 13Buna görә ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklә İsa Mәsihin zühurunda sizә verilәcәk lütfә bağlayın. 14İtaәtkar uşaqlar kimi cahil ikәn qapıldığınız әvvәlki ehtiraslara uymayın. 15Amma sizi çağıran Allah müqәddәs olduğuna uyğun olaraq siz dә bütün hәyat tәrzinizdә müqәddәs olun, 16necә ki yazılıb: "Müqәddәs olun, çünki Mәn müqәddәsәm". 17Tәrәfkeşlik etmәdәn öz әmәlinә görә hәr kәsi mühakimә edәn Allahı "Ata" deyә çağırdığınız üçün bu qürbәt dünyadakı vaxtınızı Allah qorxusunda keçirin. 18Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç hәyat tәrzindәn qızıl ya gümüş kimi fani şeylәrlә deyil, 19qüsursuz vә lәkәsiz quzuya bәnzәyәn Mәsihin qiymәtli qanı bahasına satın alınmısınız. 20Dünya yaranmazdan әvvәl tanınmış Mәsih bu axır zamanda sizә görә zühur etdi. 21Mәsih vasitәsilә siz Onu ölülәr arasından dirildib izzәtlәndirәn Allaha iman edirsiniz. Belәliklә, imanınız vә ümidiniz Allaha bağlıdır. 22Hәqiqәtә itaәt edәrәk ürәklәrinizi saflaşdırıb riyasız qardaşlıq mәhәbbәtinә sahib oldunuz. Buna görә bir-birinizi var gücünüzlә sәmimi qәlbdәn sevin. 23Çünki siz çürüyәn toxumdan deyil, çürümәzdәn, Allahın canlı, davamlı olan kәlamı vasitәsilә yenidәn doğulmusunuz. 24Ona görә ki "Bütün bәşәr ota bәnzәr, Onun bütün gözәlliyi çöl çiçәyi kimidir. Ot quruyar, çiçәk tökülәr, 25Amma Rәbbin sözü әbәdi qalar". Sizә vәz olunan Müjdә sözü budur.


Copyrighted Material
Learn More

will be added

X\