1 SALONİKLİLӘRӘ 1

1Paul, Sila vә Timoteydәn Ata Allah vә Rәbb İsa Mәsihdә olan Saloniklilәr cәmiyyәtinә salam! Sizә lütf vә sülh olsun! 2Dualarımızda sizi yada salıb hәmişә hәr birinizә görә Allaha şükür edirik. 3Çünki imandan yaranan әmәllәrinizi, mәhәbbәtdәn doğan zәhmәtinizi vә Rәbbimiz İsa Mәsihә bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq. 4Ey Allahın sevimlisi olan qardaşlar, bilirik ki, O sizi seçib. 5Ona görә ki yaydığımız Müjdә yalnız sözlә deyil, qüvvә ilә, Müqәddәs Ruhla vә çox inandırıcılıqla sizә çatıb. Aranızda ikәn sizin üçün necә bir adam olduğumuzu bildiniz. 6Siz dә böyük әziyyәt içindә Müqәddәs Ruhun verdiyi sevinclә kәlamı qәbul edib bizdәn vә Rәbdәn nümunә götürdünüz. 7Belәliklә, siz Makedoniya vә Axayyadakı bütün imanlılar üçün nümunә oldunuz. 8Çünki Rәbbin kәlamının sәdası sizdәn yayıldı. Allaha imanınızın sorağı yalnız Makedoniya vә Axayyaya deyil, hәr yerә çatıb. Daha bizә söz demәyә ehtiyac qalmadı. 9Çünki özlәri xәbәr yaydılar ki, bizi nә qәdәr yaxşı qarşıladınız vә var olan hәqiqi Allaha qulluq etmәk üçün, hәmçinin Onun ölülәr arasından diriltdiyi Oğlunun, yәni bizi gәlәcәk qәzәbdәn qurtaran İsanın göylәrdәn zühurunu gözlәmәk üçün bütlәrdәn Allaha tәrәf necә döndünüz.


Copyrighted Material
Learn More

will be added

X\