1 SALONİKLİLӘRӘ 2

1Qardaşlar, özünüz dә bilirsiniz ki, yanınıza gәlmәyimiz әbәs olmadı. 2Bildiyiniz kimi, әvvәlcә Filipidә әziyyәt çәkmiş, tәhqir olunmuşduq. Amma böyük ziddiyyәtlәrә baxmayaraq, Allahın Müjdәsini sizә bәyan etmәk üçün Allahımızdan cәsarәt aldıq. 3Çünki bizim çağırışımız aldatmağa, murdarlığa әsaslanmır vә bunun hiylәgәrliyә dә dәxli yoxdur. 4Әksinә, Allah tәrәfindәn Müjdәni yaymaq tapşırığını almağa layiq görüldüyümüzә görә insanları deyil, ürәklәrimizi sınaqdan keçirәn Allahı razı salmaqdan ötrü danışırıq. 5Siz bilirsiniz ki, heç vaxt yanınıza yaltaq sözlәrlә yaxud tamahkarlığı gizlәdәn riyakarlıqla gәlmәdik. Allah da buna şahiddir. 6İzzәti heç bir insanda – nә sizdә, nә dә başqalarında axtardıq. 7Mәsihin hәvarilәri kimi bunu sizdәn tәlәb edә bilәrdik, amma biz sizinlә övladlarını isti qucağına alıb yedirdәn ana kimi mülayim rәftar etdik. 8Sizlәrә elә könül bağlamışdıq ki, yalnız Allahın Müjdәsini deyil, öz canlarımızı belә, sizә vermәyә razı idik. Çünki bizim sevimlilәrimiz idiniz. 9Bәli, qardaşlar, bizim әmәk vә zәhmәtimizi xatırlayırsınız: heç birinizә yük olmamaq üçün gecә-gündüz çalışaraq sizә Allahın Müjdәsini vәz etdik. 10Siz imanlılarla necә müqәddәs, saleh vә nöqsansız davrandığımıza hәm özünüz, hәm dә Allah şahiddir. 11Bildiyiniz kimi, ata övladları ilә necә rәftar edirsә, biz dә hәr birinizlә elә rәftar etdik. 12Sizә öyüd verdik, ruhlandırdıq vә yalvardıq ki, Öz Padşahlığına vә izzәtinә çağıran Allaha layiq şәkildә hәyat sürәsiniz. 13Biz dә dayanmadan Allaha şükür edirik ki, siz bizdәn eşitdiyiniz Allah kәlamını qәbul edәndә onu bәşәri söz kimi deyil, hәqiqәtәn, Allahın kәlamı olaraq qәbul etdiniz. Siz imanlılarda fәaliyyәt göstәrәn dә bu kәlamdır. 14Çünki qardaşlar, siz Allahın Yәhudeyadakı Mәsih İsada olan cәmiyyәtlәrindәn nümunә götürdünüz. Onların Yәhudilәrdәn çәkdiyi әzabları eynilә siz dә öz soydaşlarınızdan çәkdiniz. 15Yәhudilәr Rәbb İsanı vә peyğәmbәrlәri öldürdü, bizi dә tәqib etdi. Onlar Allahı narazı salır vә bütün insanlara qarşı çıxır. 16Çünki başqa millәtlәr xilas olsunlar deyә biz onlarla danışanda bu Yәhudilәr bizә mane olur. Belәcә hәr zaman günahlarının üzәrinә günah gәtirirlәr. Axırda Allahın qәzәbinә düçar oldular. 17Bizsә, qardaşlar, qısa bir müddәt üçün qәlbәn deyil, şәxsәn sizdәn mәhrum olduq, ona görә böyük arzu ilә üzünüzü görmәyә daha çox sәy göstәrdik. 18Biz yanınıza gәlmәyi arzu etdik, dәfәlәrlә mәn Paul bunu istәdim, amma Şeytan bizә mane oldu. 19Rәbbimiz İsa zühur edәndә ümidimiz, sevincimiz yaxud Onun önündә fәxr tacımız nәdir? Siz deyilsinizmi? 20Çünki siz bizim izzәtimiz vә sevincimizsiniz.


Copyrighted Material
Learn More

will be added

X\