1 TİMOTEYӘ 1

1Xilaskarımız Allahın vә ümidimiz olan Mәsih İsanın әmrinә görә Mәsih İsanın hәvarisi mәn Pauldan 2imanda mәnә әsl oğul olan Timoteyә salam! Ata Allahdan vә Rәbbimiz Mәsih İsadan sәnә lütf, mәrhәmәt vә sülh olsun! 3Makedoniyaya gedәrkәn mәn sәndәn xahiş etdiyim kimi Efesdә qal vә bәzi insanlara әmr et ki, yad tәlim yaymasınlar, 4әfsanә vә bitmәz-tükәnmәz nәsil şәcәrәlәri ilә mәşğul olmasınlar. Çünki bu şeylәr Allahın niyyәtinin imanla yerinә yetmәsi üçün faydalı deyil, әksinә boş mübahisәlәrә sәbәb ola bilәr. 5Bu әmrin mәqsәdi pak ürәkdәn, tәmiz vicdandan vә riyasız imandan gәlәn mәhәbbәtdir. 6Bәzi adamlar isә bunlardan azaraq boşboğazlığa qapıldılar. 7Qanun müәllimi olmaq istәyirlәr, amma nә söylәdiklәri sözlәri, nә dә üstündә durduqları mövzuları anlayırlar. 8Biz bilirik ki, kimsә Qanundan qanuni şәkildә istifadә edәrsә, Qanun yaxşıdır. 9Bunu da bilirik ki, Qanun saleh üçün deyil, qanunsuzlar vә itaәtsizlәr, allahsızlarla günahkarlar, müqәddәs olmayanlar vә Allahla әlaqәsi olmayanlar, ata vә analarını öldürәnlәr, qatillәr, 10әxlaqsızlar, kişibazlar, adam oğruları, yalançılar, andı pozanlar vә sağlam tәlimә zidd olan bütün başqaları üçün qoyulmuşdur. 11Bәxtiyarlıq mәnbәyi olan Allahın mәnә әmanәt etdiyi izzәtli Müjdәyә görә bu belәdir. 12Mәnә qüvvәt verәn Rәbbimiz Mәsih İsaya şükür edirәm ki, mәni sadiq sayıb Öz xidmәtinә tәyin etdi. 13Әvvәllәr Ona küfr edәn, tәqibçi vә söyüşçü olduğum halda mәnә mәrhәmәt edildi. Çünki nә etdimsә, cahillik vә imansızlıq üzündәn etdim. 14Amma Rәbbimizin lütfü Mәsih İsada olan iman vә mәhәbbәtlә birlikdә mәnә bol-bol ehsan edildi. 15Mәsih İsa günahkarları xilas etmәk üçün dünyaya gәldi, bu söz etibarlı vә tamamilә qәbul olunmağa layiq sözdür. O günahkarlardan әn betәri mәnәm. 16Lakin әn betәri olduğum halda mәnә buna görә mәrhәmәt edildi ki, Mәsih İsa mәnim vasitәmlә hәdsiz sәbrini göstәrsin. Ona görә ki gәlәcәkdә Ona iman edib әbәdi hәyata malik olanlara mәn nümunә olum. 17Әsrlәrin Padşahı, ölmәz, görünmәz vә bir olan Allaha әbәdi olaraq hörmәt vә izzәt olsun! Amin. 18Oğlum Timotey, әvvәlcәdәn sәnin haqqında söylәnәn peyğәmbәrlik sözlәrinә әsasәn bu әmri sәnә hәvalә edirәm ki, bu sözlәrә güvәnәrәk yaxşı mübarizә aparasan, 19imana vә tәmiz vicdana sarılasan. Bәzilәri tәmiz vicdanı rәdd edәrәk imanlarını qәzaya uğrayan gәmi kimi batırdılar. 20Himeney vә İsgәndәr dә onlardandır. Küfr etmәmәyi öyrәnsinlәr deyә onları Şeytana tәslim etdim.


Copyrighted Material
Learn More

will be added

X\