2 KORİNFLİLӘRӘ 1

1Allahın iradәsi ilә Mәsih İsanın hәvarisi mәn Paul vә Timotey qardaşdan Allahın Korinfdә olan cәmiyyәtinә vә bütün Axayyadakı müqәddәslәrә salam! 2Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 3Rәbbimiz İsa Mәsihin Allahına – Atasına alqış olsun! O, rәhmli Ata vә hәr cür tәsәlli verәn Allahdır. 4Çәkdiyimiz hәr bir әziyyәtdә O bizә tәsәlli verir ki, biz dә Allahdan aldığımız tәsәlli ilә hәr cür әziyyәt çәkәnlәrә tәsәlli verә bilәk. 5Çünki Mәsihin әzablarını necә böyük hәcmdә çәkiriksә, Mәsih vasitәsilә o cür böyük tәsәlli dә tapırıq. 6Әziyyәt çәkiriksә, bu sizә tәsәlli vә xilas gәtirir. Tәsәlli tapırıqsa, bu da bizim kimi çәkdiyiniz әzablara dözәsiniz deyә sizә güc verәn bir tәsәlli almanız üçündür. 7Sizinlә bağlı ümidimiz sarsılmaz. Çünki әzablarımıza şәrik olduğunuz kimi tәsәllimizә dә şәrik olduğunuzu bilirik. 8Ey qardaşlar, Asiya vilayәtindә çәkdiyimiz әziyyәtlәrdәn bixәbәr olmağınızı istәmirәm. Gücümüzdәn daha artıq bir yük altında qaldıq. Belә ki yaşamaqdan belә, ümidimizi kәsmişdik. 9Daxilәn hiss etdik ki, ölümә mәhkum olmuşuq. Amma bu özümüzә deyil, ölülәri dirildәn Allaha güvәnmәyimiz üçün başımıza gәldi. 10Allah bizi belә bir böyük ölüm tәhlükәsindәn qurtardı vә qurtarmaqda davam edәcәk. Ümidimizi Ona bağlamışıq 11vә siz dә dualarınızla bizә kömәk etdikcә bizi yenә qurtaracaq. Belә ki bir çox insanın etdiyi dua nәticәsindә bizә verdiyi әnamdan ötrü qoy çoxları bizim üçün Allaha şükür etsin. 12Vicdanımız da şahiddir ki, dünyaya, xüsusәn sizә görә bәşәri müdrikliklә deyil, Allahın lütfü ilә, Allahdan gәlәn sәxavәt vә sәmimiyyәtlә hәyat sürmüşük. Biz buna görә fәxr edirik. 13Biz elә bir şey yazmırıq ki, siz oxuyub başa düşә bilmәyәsiniz. Hәlәlik bizi bir az başa düşmüsünüz. Rәbbimiz İsa Mәsihin günündә bizim fәxrimiz siz olduğunuz kimi sizin dә fәxriniz biz olacağıq. Ümidvaram ki, bunu tamam başa düşәcәksiniz. 15Buna әmin olub әvvәlcә yanınıza gәlmәk niyyәtindә idim ki, ikiqat xeyir tapasınız. 16Hәm Makedoniyaya gedәndә, hәm dә Makedoniyadan qayıdanda yanınıza gәlmәk niyyәtindә oldum. Bundan sonra siz mәni Yәhudeyaya yola salmalı idiniz. 17Bu niyyәtdә olanda görәsәn qәrarsız idimmi? Ya da niyyәtlәrim cismani tәbiәtimdәn doğur ki, gah "bәli, bәli",gah da "xeyr, xeyr" deyim? 18Allahın sәdaqәtinә and olsun ki, sizә çatdırdığımız xәbәr gah "bәli",gah da "xeyr" deyil. 19Sila vә Timoteylә birlikdә sizә vәz etdiyimiz Allahın Oğlu İsa Mәsih hәm "bәli",hәm dә "xeyr" deyil. Onda yalnız "bәli" var. 20Çünki Allahın bütün vәdlәri İsa Mәsihdә "bәli" dir. Buna görә Allahın izzәti üçün Mәsih vasitәsilә "Amin" deyirik. 21Bizi sizlәrlә birlikdә Mәsihә möhkәm bağlayan vә bizi mәsh edәn Allahdır. 22O bizi möhürlәdi vә Ruhunu qәlbimizdә girov qoydu. 23Allah şahidimdir, canıma and olsun ki, indiyәdәk sizә qıymadığım üçün Korinfә gәlmәdim. 24İmanınıza ağalıq etmәk istәmirik, sevinmәniz üçün sizinlә birgә çalışırıq. Çünki imanda dönmәz dayanmısınız.


Copyrighted Material
Learn More

will be added

X\