2 KORİNFLİLӘRӘ 2

1Mәn sizi kәdәrlәndirmәmәk üçün qәrara aldım ki, yenә yanınıza gәlmәyim. 2Çünki sizi kәdәrlәndirsәm, kәdәrlәndirdiyim sizlәrdәn başqa mәni kim şadlandıracaq? 3Bunu yazmışdım ki, gәldiyim zaman mәni sevindirәsi insanlar kәdәrlәndirmәsin. Hamınıza inanıram ki, mәnim sevincim hәr birinizin sevincidir. 4Kәdәrlәndirmәk üçün deyil, sizә bәslәdiyim hәdsiz mәhәbbәti dәrk edәsiniz deyә sizә böyük әziyyәt, ürәk ağrısı vә göz yaşları içindә yazdım. 5Әgәr kimsә kәdәr gәtiribsә, şişirtmәdәn deyim ki, mәnә deyil, haradasa hamınıza kәdәr gәtirib. 6Belәsinә ictimaiyyәtin verdiyi bu cәza bәsdir. 7Hәdsiz kәdәrә qәrq olmasın deyә yaxşı olar ki, o insanı indi bağışlayasınız vә tәsәlli verәsiniz. 8Buna görә sizdәn xahiş edirәm ki, yenidәn ona mәhәbbәt göstәrin. 9Bunu da sizә yazdım ki, hәr vәziyyәtdә sizin itaәtli olmağınızı yoxlayım. 10Kimi bağışlasanız, mәn dә bağışlayaram. Әgәr mәn bir şey bağışlamışamsa, Mәsihin hüzurunda sizin xeyriniz üçün bağışlamışam ki, 11Şeytan bizdәn mәnfәәt qazanmasın. Çünki onun niyyәtlәrindәn xәbәrsiz deyilik. 12Mәsihin Müjdәsini yaymaq mәqsәdi ilә Troasa gәlәndә Rәbdәn mәnim üçün bir qapı açıldı. 13Amma qardaşım Titi orada tapmayanda ürәyim narahat oldu. Ona görә oradakılarla xudahafizlәşib Makedoniyaya gәldim. 14Bizi hәmişә Mәsihin zәfәr tәntәnәsindә addımladan, Onu tanımaqdan yaranan әtri bizim vasitәmizlә hәr tәrәfә yayan Allaha şükür olsun! 15Çünki biz hәm xilas, hәm dә hәlak olanlar arasında Allaha xoş olan Mәsih әtriyik. 16Hәlak olanlar üçün ölümә aparan ölüm qoxusu, xilas olanlar üçünsә hәyata aparan hәyat әtriyik. Belә bir iş üçün kim yararlıdır? 17Axı biz çoxları kimi Allahın kәlamının alverçilәri deyilik; әksinә, Allah tәrәfindәn göndәrilib Allahın hüzurunda, Mәsihdә olaraq sәmimi qәlbdәn danışırıq.


Copyrighted Material
Learn More

will be added

X\