2 YӘHYA 1

1Mәn ağsaqqaldan hәqiqәtә görә sevdiyim seçilmiş xanıma vә onun övladlarına salam! Yalnız mәn deyil, hәqiqәti dәrk edәnlәrin hamısı sizi sevir. 2Çünki hәqiqәt daxilimizdә qalır vә әbәdi olaraq bizimlә olacaq. 3Ata Allahdan vә Atanın Oğlu İsa Mәsihdәn olan lütf, mәrhәmәt, sülh dә hәqiqәt vә mәhәbbәt әsasında bizimlә olacaq. 4Sәnin övladlarının arasında Atadan aldığımız әmrә uyğun olaraq hәqiqәtә görә hәyat sürәnlәrә rast gәlәndә çox sevindim. 5Ey xanım, indi dә sәndәn xahiş edirәm ki, bir-birimizi sevәk. Sәnә yazdığım yeni bir әmr deyil, әvvәldәn bәri malik olduğumuz әmrdir. 6Mәhәbbәt Atanın әmrlәrinә görә hәyat sürmәyimizi tәlәb edir. Әvvәldәn bәri eşitdiyiniz kimi әmr budur; gәrәk bu әmrә görә hәyat sürәsiniz. 7Çünki dünyada çoxlu yalançı meydana çıxıb ki, İsa Mәsihin cismәn gәldiyini iqrar etmir. Bunu edәn şәxs yalançı vә Mәsih әleyhdarıdır. 8Özünüzü qoruyun ki, bizim çәkdiyimiz zәhmәti bada vermәyib tam mükafatı әldә edәsiniz. 9Hәddi aşıb Mәsihin tәliminә sadiq qalmayan hәr kәs Allaha malik deyil, hәmin tәlimә sadiq qalan kәs isә hәm Ataya, hәm dә Oğula malikdir. 10Әgәr bir kәs yanınıza gәlib sizә bu tәlimi öyrәtmәsә, onu qonaq qәbul etmәyin vә onunla salamlaşmayın. 11Çünki onunla salamlaşan kәs onun şәr әmәllәrinә şәrik olur. 12Sizә yazılası çox sözüm var, amma bunları kağız vә mürәkkәblә bildirmәk istәmәdim. Lakin ümid edirәm ki, özüm yanınıza gәlib sizinlә üz-üzә söhbәt edim vә belәcә sevincimiz tamam olsun. 13Sәnin seçilmiş bacının övladları sәnә salam göndәrir.


Copyrighted Material
Learn More

will be added

X\