2 PETER 1

1İsa Mәsihin qulu vә hәvarisi mәn Şimon Peterdәn Allahımız vә Xilaskarımız İsa Mәsihin salehliyi sayәsindә bizimlә bәrabәr qiymәtli iman әldә etmiş olanlara salam! 2Allahı vә Rәbbimiz İsanı tanıdıqca lütf vә sülh sizә bol-bol verilsin! 3Bizi Öz izzәti vә alicәnablığına Çağıranın ilahi gücü Onu tanımağımız vasitәsilә yaşamağımız vә mömin olmağımız üçün lazım gәlәn hәr şeyi bizә bәxş etdi. 4Belәliklә, O bizә çox böyük vә dәyәrli vәdlәr verdi ki, bunlar vasitәsilә ehtirasın nәticәsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi tәbiәtә şәrik olasınız. 5Elә buna görә dә siz bütün sәylә imanınıza alicәnablıq, alicәnablığınıza bilik, 6biliyinizә nәfsә hakim olmaq, nәfsә hakim olmağınıza dözüm, dözümünüzә möminlik, 7möminliyinizә qardaşlıq sevgisi vә qardaşlıq sevgisinә mәhәbbәt әlavә edin. 8Çünki әgәr bunlar sizdә varsa vә artırsa, sizi Rәbbimiz İsa Mәsihi tanımaqda fәaliyyәtsiz vә sәmәrәsiz olmaqdan qoruyacaq. 9Bunlar kimdә yoxdursa, o kordur, uzağı görә bilmәz vә әvvәlki günahlarından tәmizlәndiyini unutmuşdur. 10Belәliklә, ey qardaşlar, çağırıldığınızı vә seçildiyinizi tәsdiq etmәk üçün daha da sәy göstәrin. Çünki әgәr bunu etsәniz, heç vaxt büdrәmәzsiniz. 11Belәcә Rәbbimiz vә Xilaskarımız İsa Mәsihin әbәdi Padşahlığına girmәk sәlahiyyәti sizә bol-bol ehsan edilәcәk. 12Ona görә dә bunları bilsәniz vә sahib olduğunuz hәqiqәtlә möhkәm dursanız da, daima bunları sizә xatırladıram. 13Bu bәdәndә yaşadığım müddәtdә xatırlatmaqla sizi oyandırmağı doğru hesab edirәm. 14Çünki Rәbbimiz İsa Mәsihin mәnә bildirdiyi kimi, bu bәdәndәn ayrılmağımın yaxın olduğunu bilirәm. 15Buna görә dә çalışıram ki, mәn bu dünyadan köçdükdәn sonra da siz bunları hәmişә yada salasınız. 16Rәbbimiz İsa Mәsihin qüdrәtini vә zühurunu sizә bildirәrkәn uydurma әfsanәlәrә әsaslanmadıq. Amma öz gözümüzlә Onun ululuğunun şahidlәri olduq. 17Çünki Böyük Ehtişamı Olandan Ona belә bir sәs gәldi: "Bu Mәnim sevimli Oğlumdur, Ondan razıyam".O vaxt Ata Allahdan izzәt vә şәrәf qәbul etdi. 18Müqәddәs dağda Onunla birgә olduğumuz üçün göydәn gәlәn bu sәsi biz dә eşitdik. 19Hәmçinin bizdә daha әmin olan peyğәmbәrlik sözlәri var. Onlar qaranlıq yerdә işıq saçan bir çırağa bәnzәyir. Sәhәr açılıb dan ulduzu ürәklәrinizdә doğana qәdәr bu sözlәrә diqqәt verirsinizsә, yaxşı edirsiniz. 20Hәr şeydәn әvvәl bunu bilmәlisiniz ki, Müqәddәs Yazılardakı peyğәmbәrlik sözlәrinin heç birini şәxsәn şәrh etmәk olmaz. 21Çünki heç vaxt peyğәmbәrlik insan iradәsi ilә qaynaqlanmamışdır, lakin Müqәddәs Ruh tәrәfindәn yönәldilәn insanlar Allahdan gәlәn sözlәri söylәdi.


Copyrighted Material
Learn More

will be added

X\