2 SALONİKLİLӘRӘ 1

1Paul, Sila vә Timoteydәn Atamız Allah vә Rәbb İsa Mәsihdә olan Saloniklilәr cәmiyyәtinә salam! 2Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 3Qardaşlar, sizin üçün hәmişә Allaha şükür etmәliyik vә belә etmәyimiz yerinә düşәr, çünki imanınız artıqca artır vә hamınızın bir-birinizә olan mәhәbbәti çoxalır. 4Bunun üçün tab gәtirdiyiniz bütün tәqiblәrә, әziyyәtlәr zamanı dözümünüzә vә imanınıza görә Allahın cәmiyyәtlәrindә sizinlә özümüz dә fәxr edirik. 5Bu şeylәr Allahın әdalәtli hökmünün әlamәtidir ki, nәticәdә uğrunda indi әzab çәkdiyiniz Allahın Padşahlığına layiq sayılasınız. 6Çünki Allahın hüzurunda haqq olan işdir ki, sizә әziyyәt verәnlәrә әziyyәt, 7әziyyәt çәkәn sizlәrә isә bunun әvәzindә bizimlә birlikdә rahatlıq verilәcәk. Bu, Rәbb İsanın qüdrәtli mәlәklәri ilә od-alov içәrisindә göydәn zühur etdiyi zaman olacaq. 8O zaman Rәbbimiz İsa Allahı tanımayanlardan vә Özü barәdә olan Müjdәyә itaәt etmәyәnlәrdәn qisas alacaq. 9Onlara Rәbbin hüzurundan vә qüdrәtinin izzәtindәn mәhrum qalıb әbәdi olaraq mәhv edilmә cәzası verilәcәk. 10Bunlar Rәbbin Öz müqәddәslәri arasında izzәt qazanmaq vә bütün imanlıları heyrәtә gәtirmәk üçün gәldiyi gün baş verәcәk. Siz dә belә imanlılardansınız, çünki etdiyimiz şәhadәtә inandınız. 11Buna görә sizin üçün daim dua edirik ki, Allahımız sizi Öz çağırışına layiq görsün, hәr yaxşı niyyәtinizi vә imandan asılı hәr әmәlinizi Öz qüdrәti ilә yerinә yetirsin. 12Belә ki Allahımızın vә Rәbb İsa Mәsihin lütfünә görә Rәbbimiz İsanın adı sizdә izzәt qazansın vә siz dә Onda izzәt qazanasınız.


Copyrighted Material
Learn More

will be added

X\