2 TİMOTEYӘ 1

1Mәsih İsada olan hәyat vәdinә görә Allahın iradәsi ilә Mәsih İsanın hәvarisi mәn Pauldan 2mәnә sevimli oğul olan Timoteyә salam! Ata Allahdan vә Rәbbimiz Mәsih İsadan sәnә lütf, mәrhәmәt vә sülh olsun! 3Durmadan, gecә-gündüz dualarımda sәni yada saldığım zaman ata-babalarım kimi tәmiz vicdanla ibadәt etdiyim Allaha şükür edirәm. 4Sәnin göz yaşlarını xatırlayaraq sәni görmәyә hәsrәt çәkirәm ki, sevinclә dolum. 5Sәndәki riyasız imanı yadıma salıram. Әvvәlcә nәnәn Lois vә anan Evnikinin saxladığı bu imanı, әminәm ki, sәn dә saxlayırsan. 6Bu sәbәbdәn sәnin üzәrinә әl qoymağımla Allahın sәnә verdiyi әnamı alovlandırmağını xatırladıram. 7Çünki Allah bizә qorxaqlıq ruhu deyil, güc, mәhәbbәt vә ağıllı-kamallı olmaq ruhu vermişdir. 8Buna görә Rәbbimiz barәdә şәhadәt etmәkdәn vә Onun uğrunda mәhbus olan mәndәn utanma. Allahın gücü ilә Müjdә uğrunda mәnimlә birlikdә әzaba qatlaş. 9Allah bizi әmәllәrimizә görә deyil, öz mәqsәdinә vә lütfünә görә xilas edib müqәddәs olmağa çağırdı. Zaman başlamazdan әvvәl o lütf bizә Mәsih İsada verilmişdi, 10indi isә Xilaskarımız Mәsih İsanın zühuru ilә üzә çıxdı. O, ölümü yox etdi, Müjdә vasitәsilә hәyatı vә ölmәzliyi aşkar etdi. 11Mәn bu Müjdә üçün vaiz, hәvari vә müәllim tәyin olundum. 12Bu әzabları çәkmәyimin sәbәbi dә budur. Amma bundan utanmıram, çünki Kimә iman etdiyimi bilirәm vә әminәm ki, mәnә verdiyi әmanәti qiyamәt gününә qәdәr saxlamağa qadirdir. 13Mәsih İsada olan iman vә mәhәbbәtlә mәndәn eşitdiyin sağlam sözlәrdәn nümunә götür. 14Sәnә verilәn yaxşı әmanәti bizdә yaşayan Müqәddәs Ruh vasitәsilә saxla. 15Bilirsәn ki, Asiya vilayәtindә olanların hamısı mәndәn üz döndәrdilәr. Hәmçinin Figel vә Hermogen dә bunların sırasındadır. 16Rәbb Onisiforun ev әhlinә mәrhәmәt etsin. Çünki dәfәlәrlә mәni ruhlandırdı, mәnim zәncirlәnmәyimdәn utanmadı. 17Әksinә, Romada olarkәn mәni sәylә axtarıb tapdı. 18Qoy Rәbb qiyamәt günü ona mәrhәmәt tapmağa imkan versin. Efesdә onun mәnә nә qәdәr xidmәt etdiyini sәn çox yaxşı bilirsәn.


Copyrighted Material
Learn More

will be added

X\