3 YӘHYA 1

1Mәn ağsaqqaldan hәqiqәtә görә sevdiyim әziz Qaya salam! 2Ey sevimli, dua edirәm ki, canın uğurlu olduğu kimi özün dә hәr cәhәtdәn uğurlu vә sağlam olasan. 3Bәzi qardaşlar gәlib sәnin hәqiqәtә bağlılığına, yәni hәqiqәtә görә hәyat sürdüyünә şәhadәt edәndә mәn çox sevindim. 4Mәnim üçün öz övladlarımın hәqiqәtә görә hәyat sürdüyünü eşitmәkdәn böyük sevinc ola bilmәz. 5Ey sevimli, sәnә hәtta yad olduqları halda qardaşlara xidmәt etmәkdә sәdaqәt göstәrirsәn. 6Onlar cәmiyyәtin qarşısında sәnin mәhәbbәtin barәdә şәhadәt ediblәr. Sәn onları Allaha layiq bir tәrzdә yola salarkәn yaxşı iş görәcәksәn. 7Çünki onlar imansız olanlardan heç nә götürmәdәn Onun naminә yola çıxdılar. 8Belәcә biz hәqiqәt işindә hәmkar olmaq üçün bu cür adamlara dayaq olmalıyıq. 9Cәmiyyәtә bir şey yazdım, amma onların arasında başçılıq etmәyi sevәn Diotref bizim sәlahiyyәtimizi tanımır. 10Buna görә dә mәn gәlәndә onun etdiyi әmәllәrlә bağlı mәsәlә qaldıracağam: o bizim barәmizdә pis sözlәrlә qeybәt edir, hәtta bununla kifayәtlәnmәyәrәk qardaşları özü qәbul etmir, qәbul etmәk istәyәnlәrә dә mane olur vә onları cәmiyyәtdәn qovur. 11Ey sevimli, pislikdәn yox, yaxşılıqdan nümunә götür. Yaxşılıq edәn Allahdandır, pislik edәnsә Allahı görmәyib. 12Hamı Dimitrinin yaxşı adam olduğuna şәhadәt edir, hәqiqәtin özü dә bunu tәsdiq edir. Biz dә buna şәhadәt edirik vә sәn dә bilirsәn ki, bizim şәhadәtimiz etibarlıdır. 13Sәnә yazılası çox sözüm var, amma bunları sәnә qәlәm vә mürәkkәblә yazmaq istәmirәm. 14Amma ümid edirәm ki, tezliklә sәni görәcәyәm vә sәninlә üz-üzә söhbәt edәcәyәm. 15Sәnә sülh olsun. Dostlar sәnә salam göndәrir. Oradakı dostlara bir-bir salam söylә.


Copyrighted Material
Learn More

will be added

X\