HӘVARİLӘRİN İŞLӘRİ 1

1Ey Teofil, birinci yazılarım İsanın göyә qaldırıldığı günәdәk başladığı işlәr vә öyrәtmәyә başladığı tam tәlim barәsindәdir. 2Göyә qaldırılmazdan әvvәl İsa seçdiyi hәvarilәrә Müqәddәs Ruh vasitәsilә әmrlәr verdi. 3Ölüm әzabını çәkәndәn sonra hәvarilәrә çoxlu inandırıcı dәlillәrlә Özünü diri olaraq göstәrdi. O, qırx gün әrzindә onlara görünәrәk Allahın Padşahlığı barәdә danışırdı. 4İsa onlarla duz-çörәk kәsәndә bu әmri verdi: "Yerusәlimdәn kәnara çıxmayın, Atanın verdiyi, Mәndәn eşitdiyiniz vәdin hәyata keçmәsini gözlәyin. 5Belә ki Yәhya su ilә vәftiz edirdi, amma siz bir neçә gündәn sonra Müqәddәs Ruhla vәftiz olacaqsınız". 6Hәvarilәr bir yerә toplaşanda İsadan soruşdular: "Ya Rәbb, İsraildә Padşahlığı indimi bәrpa edәcәksәn?" 7İsa cavab verdi: "Atanın hökmü ilә tәyin olunan vaxtları vә tarixlәri bilmәk sizin işiniz deyil. 8Amma Müqәddәs Ruh üzәrinizә enәndә siz qüvvә alacaqsınız vә Yerusәlimdә, bütün Yәhudeya vә Samariyada, hәmçinin yer üzünün qurtaracağınadәk hәr yerdә Mәnim şahidlәrim olacaqsınız". 9İsa bunları deyәndәn sonra hәvarilәrin gözlәri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlәdi. 10İsa göyә qalxanda onlar sәmaya baxırdılar. Elә hәmin an ağ libaslı iki kişi onların yanında peyda olub 11soruşdu: "Ey Qalileyalılar, niyә sәmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyә qaldırılan İsanın aparıldığını necә gördünüzsә, elә dә qayıdacaq". 12Bundan sonra hәvarilәr Zeytun dağı adlanan yerdәn Yerusәlimә endi. Bu dağ Yerusәlimin yaxınlığındadır, oraya olan mәsafә Şәnbә yolu qәdәrdir. 13Onlar şәhәrә girib qaldıqları evin yuxarı otağına çıxdılar. Oradakılar bunlar idi: Peter, Yәhya, Yaqub, Andrey, Filip, Tomas, Bartalmay, Matta, Halfay oğlu Yaqub, Millәtçi Şimon vә Yaqub oğlu Yәhuda. 14İsanın anası Mәryәmlә qardaşları vә başqa qadınlar da hәvarilәrlә birlikdә dayanmadan dua edirdi. 15Hәmin günlәrdә tәxminәn yüz iyirmi bacı-qardaşdan ibarәt olan toplantı arasından Peter qalxıb dedi: 16"Qardaşlar, İsanı tutanlara yol göstәrәn Yәhuda haqqında Müqәddәs Ruhun Davudun dili ilә әvvәlcәdәn dediyi Müqәddәs Yazı sözlәri yerinә yetmәlidir. 17Yәhuda bizә qoşuldu, bu xidmәtdәn ona da pay düşdü. 18Bu adam etdiyi haqsızlığın haqqına bir tarla satın aldı, sonra da oradan kәllәmayallaq aşıb qarnı yırtıldı vә bağırsaqları töküldü. 19Bütün Yerusәlim әhalisi bunu eşitdi vә o yeri öz dillәrindә “Haqal-Dema”, yәni “Qan Tarlası” adlandırdı. 20Axı Zәbur kitabında yazılıb: “Mәskәni viran olsun, Kimsәsiz, boş qalsın” vә “Vәzifәsini başqası tutsun”. 21Buna görә dә Rәbb İsanın aramıza gәlib-getdiyi müddәt әrzindә, yәni Yәhyanın vәftizindәn başlayaraq Rәbb İsanın göyә qaldırıldığı günә qәdәr yanımızdakılardan bir kişi Onun dirilmәsinә bizimlә birgә şahid olmalıdır". 23Belәliklә, iki nәfәri – Barsabba çağırılan, hәm dә Yust adlanan Yusifi vә Mattiyanı namizәd göstәrdilәr. 24Sonra dua etdilәr: "Ya Rәbb, Sәn hamının ürәyindәn xәbәrdarsan. Bu iki nәfәrdәn birini seçib bizә göstәr ki, 25qoy onlardan biri bu xidmәtә – hәvari vәzifәsinә keçsin. Çünki Yәhuda öz yerini tutsun deyә bu işi atdı". 26Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü vә o, hәvari sırasına – on bir nәfәrin yanına keçdi.


Copyrighted Material
Learn More

will be added

X\