KOLOSSELİLӘRӘ 1

1Allahın iradәsi ilә Mәsih İsanın hәvarisi mәn Pauldan vә Timotey qardaşdan 2Kolossedәki Mәsihdә olan müqәddәs vә sadiq bacı-qardaşlara salam! Atamız Allahdan sizә lütf vә sülh olsun! 3Sizin üçün hәmişә dua edәrkәn Allaha – Rәbbimiz İsa Mәsihin Atasına şükür edirik. 4Çünki sizin Mәsih İsaya imanınızdan vә bütün müqәddәslәrә göstәrdiyiniz mәhәbbәtdәn xәbәrdar olduq. 5İmanınız vә mәhәbbәtiniz göylәrdә sizin üçün saxlanan şeylәrә bağladığınız ümiddәn qaynaqlanır. Bu barәdә sizә çatan, Müjdә olan hәqiqәt kәlamından әvvәlcәdәn eşitmisiniz. 6Bu Müjdә onu eşitdiyiniz, hәqiqәtdә Allahın lütfünü dәrk etdiyiniz gündәn bәri sizdә olduğu kimi bütün dünyada da bәhrә vermәkdә vә yayılmaqdadır. 7Bunu bizimlә birgә Mәsihin qulu vә sizin üçün çalışan Onun sadiq xidmәtçisi sevimli Epafradan öyrәndiniz. 8O, Ruhdan qaynaqlanan mәhәbbәtinizin xәbәrini dә bizә çatdırdı. 9Ona görә bunu eşitdiyimiz gündәn bәri sizin tam hikmәt vә ruhani idrakla Allahın iradәsini bütünlüklә qavramanız üçün biz dә dualarımızı vә yalvarışlarımızı kәsmәdik. 10Belә ki Rәbbә layiq şәkildә hәyat sürәrәk Onu hәr cәhәtdәn razı salasınız vә hәr cür xeyirli әmәldә bәhrә verib Allahı tanımaqda böyüyәsiniz, 11hәr şeyә dözәrәk sәbir edә bilmәniz üçün Onun izzәtli qüvvәsinә güvәnәrәk hәr cür qüdrәtlә möhkәmlәnәsiniz, 12müqәddәslәrin nurda olan irsinә şәrik olmanız üçün sizә sәlahiyyәt verәn Ataya sevinclә şükür edәsiniz. 13O bizi zülmәt hakimiyyәtindәn xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü. 14Oğlunda verilәn satınalınmaya – günahlarımızın bağışlanmasına malikik. 15Görünmәz Allahın surәti vә bütün yaradılış üzәrindә ilk doğulan Odur. 16Çünki göylәrdә vә yerdә olan, görünәn vә görünmәyәn hәr şey – taxtlar, ağalar, başçılar, hakimlәr Onda yarandı. Nә varsa, Onun vasitәsilә vә Onun üçün yarandı. 17Hәr şeydәn әvvәl var olan Odur vә hәr şey Onda bәrqәrar olur. 18Bәdәnin, yәni imanlılar cәmiyyәtinin Başı da Odur. Hәr şeydә birinci olsun deyә başlanğıc olan, ölülәr arasından dirilәrәk ilk doğulan Odur. 19Çünki Allah Onda tam bütövlüyü ilә yaşamağa 20vә Onun vasitәsilә, çarmıxda axıdılan qanı ilә barışıq yaradaraq hәm yerdә, hәm dә göylәrdә olan hәr şeyi Özü ilә barışdırmağa razı oldu. 21Etdiyiniz pis әmәllәrә görә bir zamanlar düşüncәlәrinizdә Allaha yad vә düşmәn idiniz. 22İndi isә Mәsih cismәn ölmәklә Öz bәdәni vasitәsilә sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqәddәs, lәkәsiz vә nöqsansız tәqdim etsin. 23Bir şәrtlә ki eşitdiyiniz Müjdәnin verdiyi ümiddәn sarsılmadan, iman әsasında möhkәm vә sabit durasınız. Bu Müjdә sәma altında olan bütün yaradılışa vәz olundu vә mәn Paul Müjdәnin xidmәtçisi oldum. 24İndi sizin üçün әzab çәkdiyimә sevinirәm vә Mәsihin Öz bәdәni olan imanlılar cәmiyyәti uğrunda çәkdiyi әziyyәtlәrin qalanını canıma cәfa verәrәk tamamlayıram. 25Allahın sizin üçün mәnә verdiyi vәzifәyә görә mәn bu cәmiyyәtin xidmәtçisi oldum ki, Allahın kәlamını, 26yәni әsrlәrdәn vә nәsillәrdәn gizlәdilәn, indi isә Onun müqәddәslәrinә açılan sirrini tam bәyan edim. 27Allah millәtlәr arasında bu sirrin izzәtinin necә zәngin olduğunu müqәddәslәrә bildirmәk istәdi. Bu sirr sizdә olan Mәsihdir. O sizә izzәtә qovuşmaq ümidini verir. 28Hәr bir insanı Mәsihdә kamillәşmiş olaraq Allaha tәqdim etmәk üçün hamıya tam müdrikliklә nәsihәt vә tәlim verәrәk Mәsihi bәyan edirik. 29Bu mәqsәdlә dә zәhmәt çәkirәm vә Onun mәndә qüdrәtlә fәaliyyәt göstәrәn qüvvәsi ilә mübarizә aparıram.


Copyrighted Material
Learn More

will be added

X\