KOLOSSELİLӘRӘ 4

1Ey ağalar, bilin ki, göydә sizin dә Ağanız var. Ona görә qullarınızla әdalәtli vә insaflı olun. 2Özünüzü duaya hәsr edin vә duada şükür edәrәk oyaq durun. 3Eyni zamanda bizim üçün dә dua edin ki, kәlamı yaymaq üçün Allah bizә bir qapı açsın vә uğrunda hәbs olunduğum Mәsihin sirrini elan edim. 4Dua edin ki, mәn bu sirri lazımınca açıq-aşkar bildirim. 5Kәnar insanlarla müdrikliklә rәftar edin vә hәr fürsәtdәn istifadә edin. 6Sözünüz duzlu vә hәr zaman lütflә dolu olsun. Belәcә hәr adama necә cavab vermәk lazım olduğunu bilәsiniz. 7Rәbdә sevimli qardaş, sadiq xidmәtçi vә әmәkdaş olan Tixik mәnim barәmdә hәr şeyi sizә bildirәcәk. 8Onu bu mәqsәdlә yanınıza göndәrdim ki, bizim vәziyyәtimizdәn xәbәrdar olasınız vә o sizin qәlbinizi ovutsun. 9Onunla birlikdә sizdәn biri olan sadiq vә sevimli Onisim qardaşı da göndәrirәm. Onlar sizә buradakı bütün işlәr barәdә mәlumat verәcәk. 10Mәnimlә birlikdә mәhbus olan Aristarx vә Barnabanın әmisi oğlu Mark da sizә salam göndәrir. Mark haqqında әmrlәri almısınız. Yanınıza gәlsә, onu qәbul edin. 11Yust çağırılan Yeşua da sizә salam göndәrir. Sünnәtlilәrdәn yalnız bunlar Allahın Padşahlığı üçün mәnim әmәkdaşlarımdır vә onlar mәnә tәsәlli verdilәr. 12Mәsih İsanın qulu vә sizdәn olan Epafra sizә salam göndәrir. Allahın hәr iradәsini yerinә yetirәrәk kamil vә tam әminliklә möhkәm dayanasız deyә o sizin üçün hәr zaman dualar edәrәk mübarizә aparır. 13Onun haqqında şәhadәt edirәm ki, sizin üçün, Laodikeyada vә Hierapolisdә olanlar üçün çox zәhmәt çәkir. 14Sevimli hәkim Luka vә Dima da sizә salam göndәrir. 15Laodikeyada olan bacı-qardaşlara, Nimfaya vә onun evindәki cәmiyyәtә salam söylәyin. 16Bu mәktub aranızda oxunduqdan sonra onu Laodikeyalılar cәmiyyәtindә dә oxudun, Laodikeyadan gәlәn mәktubu isә siz dә oxuyun. 17Arxipә bunu deyin: "Rәbdә sәnә tapşırılan xidmәti diqqәtlә başa çatdır". 18Mәn Paul bu salamı öz әlimlә yazıram. Unutmayın ki, mәn hәbsdәyәm. Sizә lütf olsun!


Copyrighted Material
Learn More

will be added

X\