EFESLİLӘRӘ 1

1Allahın iradәsi ilә Mәsih İsanın hәvarisi olan mәn Pauldan Mәsih İsada sadiq qalan Efesdәki müqәddәslәrә salam! 2Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 3Bizә Mәsihdә sәmadakı hәr cür ruhani nemәtlә xeyir-dua verәn Allaha – Rәbbimiz İsa Mәsihin Atasına alqış olsun! 4O, dünya yaranmazdan qabaq bizi Mәsihdә seçdi ki, biz mәhәbbәtdә Onun qarşısında müqәddәs vә nöqsansız olaq. 5Öz iradәsinin xoş mәramına görә İsa Mәsih vasitәsilә bizi әvvәlcәdәn tәyin etdi ki, Özü üçün övladlığa götürsün. 6Belә ki sevimli Oğlunda bizә bәxş etdiyi Öz lütfünün izzәtini mәdh edәk. 7Tam hikmәt vә dәrrakә ilә bizә bol-bol göstәrdiyi Öz zәngin lütfünә görә biz Oğlunda, Onun qanı vasitәsilә satınalınmaya – tәqsirlәrimizin bağışlanmasına malikik. 9Allah әvvәlcә sirr olaraq saxladığı iradәsini xoş mәramına görә bizә bildirdi. Bu mәramını O, Mәsihdә әvvәlcәdәn tәyin etmişdi. 10Vaxt tamam olanda isә bu niyyәtini yerinә yetirәrәk hәm göylәrdә, hәm dә yerdә olan hәr şeyi Mәsihdә birlәşdirәcәk. 11Hәr şeyi Öz iradәsindәn yaranan qәrarı ilә yerinә yetirәn Allahın mәqsәdinә görә biz әvvәlcәdәn tәyin edilәrәk Mәsihdә irs aldıq ki, 12qabaqcadan Mәsihә ümid bәslәyәn bizlәr Allahın izzәtinin mәdhi üçün mövcud olaq. 13Hәqiqәt kәlamını, xilasınızın Müjdәsini eşidib Mәsihә iman edәn zaman siz dә vәd olunmuş Müqәddәs Ruhla Onda möhürlәndiniz. 14Müqәddәs Ruh Allaha mәxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belә ki Allahın izzәtini mәdh edәk. 15Bundan ötrü mәn dә Rәbb İsaya olan imanınız vә bütün müqәddәslәrә göstәrdiyiniz mәhәbbәt barәdә eşidib 16sizi dualarımda yada salaraq durmadan sizin üçün şükür edirәm. 17Dua edirәm ki, Rәbbimiz İsa Mәsihin Allahı olan izzәtli Ata Özünü sizә tanıtmaq üçün hikmәt vә vәhy ruhunu versin. 18Qoy O, qәlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nә olduğunu, müqәddәslәrә verdiyi irsin izzәtinin necә zәngin olduğunu, 19Onun böyük qüvvәsinin fәaliyyәtinә görә iman edәn bizlәrә sәrf etdiyi qüdrәtinin hәdsiz böyüklüyünün nә olduğunu görәsiniz. 20Allah bu qüdrәtlә Mәsihdә elә fәaliyyәt göstәrdi ki, Onu ölülәr arasından dirildib sәmada Öz sağında oturtdu 21vә hәr başçı, hakim, qüvvә vә ağadan, yalnız bu dövrdә deyil, gәlәcәk dövrdә dә çәkilәcәk hәr addan Onu çox yüksәltdi. 22Hәr şeyi Ona tabe edәrәk ayaqlarının altına qoydu vә Onu hәr şey üzәrindә baş olsun deyә imanlılar cәmiyyәtinә verdi. 23Bu cәmiyyәt Onun bәdәnidir vә hәr şeyi hәrtәrәfli Bütövlәşdirәnin bütövlüyüdür.


Copyrighted Material
Learn More

will be added

X\