EFESLİLӘRӘ 6

1Ey övladlar, Rәbdә olduğunuza görә ata-ananıza itaәt edin. Bu haqdandır. 2İçindә vәd olan ilk әmr budur: "Ata-anana hörmәt et ki, 3xoş güzәranın vә yer üzәrindә ömrün uzun olsun". 4Ey atalar, siz dә övladlarınızı qәzәblәndirmәyin, ancaq onları Rәbbin tәrbiyә vә öyüdü ilә böyüdün. 5Ey qullar, Mәsihә itaәt etdiyiniz kimi dünyәvi ağalarınıza da qorxu vә lәrzә ilә sәmimi qәlbdәn itaәt edin. 6Bunu yalnız insanları razı salmaq üçün gözә xoş görünәn xidmәtlә deyil, Mәsihin qulları kimi cani-dildәn Allahın iradәsini yerinә yetirmәk üçün edin. 7İnsanlara deyil, Rәbbә qulluq etdiyiniz kimi ürәkdәn qulluq edin. 8Bilin ki, istәr qul, istәrsә dә azad – hәr bir kәs gördüyü yaxşı işin әvәzini Rәbdәn alacaq. 9Ey ağalar, siz dә hәmçinin qullarınızla bu cür rәftar edin. Daha onlara hәdә-qorxu gәlmәyin. Bilin ki, onların da, sizin dә Ağanız göylәrdәdir vә O, insanlar arasında tәrәfkeşlik etmәz. 10Nәhayәt, Rәbdә vә Onun böyük qüvvәsindә möhkәmlәnin. 11İblisin hiylәlәrinә qarşı dura bilmәk üçün Allahın verdiyi bütün zireh vә silahlara bürünün. 12Çünki mübarizәmiz qandan vә әtdәn ibarәt olan insanlara qarşı deyil, şәr başçılarına vә hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, sәmadakı ruhani şәr qüvvәlәrә qarşıdır. 13Buna görә Allahın bütün zireh vә silahlarını götürün ki, pis gündә müqavimәt göstәrib, әlinizdәn gәlәn hәr bir şeyi etdikdәn sonra dayana bilәsiniz. 14Belәliklә, hәqiqәti kәmәr kimi belinizә bağlamış, salehliyi zireh kimi döşünüzә taxmış, barışıq Müjdәsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdә durun. 16Bütün bunlara әlavә olaraq şәr olanın bütün yanar oxlarını söndürә bilmәk üçün iman qalxanını әlinizә götürün. 17Xilas dәbilqәsini vә Ruhun qılıncını, yәni Allahın kәlamını götürün. 18Hәr cür dua vә yalvarışla, hәmişә Ruhun idarәsi ilә dua edin. Bu mәqsәd uğrunda tamamilә mәtin olub oyaq qalaraq bütün müqәddәslәr üçün dua edin. 19Ağzımı hәr açanda mәnә lazımi söz verilsin deyә mәnim üçün dә dua edin ki, uğrunda zәncirlә bağlı halda elçilik etdiyim Müjdәnin sirrini açım vә bu Müjdәni lazımınca cәsarәtlә bәyan edә bilim. 21Necә olduğumu vә nә iş gördüyümü siz dә bilәsiniz deyә Rәbdә sevimli qardaş vә sadiq xidmәtçi Tixik sizә hәr şeyi bildirәcәk. 22Onu bu mәqsәdlә yanınıza göndәrdim ki, bizim vәziyyәtimizdәn xәbәrdar olasınız vә o sizin qәlbinizi ovutsun. 23Ata Allah vә Rәbb İsa Mәsihdәn bacı-qardaşlara sülh vә imanla mәhәbbәt olsun. 24Rәbbimiz İsa Mәsihi ölmәz mәhәbbәtlә sevәnlәrin hamısına lütf olsun!


Copyrighted Material
Learn More

will be added

X\