QALATİYALILARA 1

1Nә insanlardan, nә dә insan vasitәsilә, ancaq İsa Mәsih vә Onu ölülәr arasından dirildәn Ata Allah vasitәsilә hәvari tәyin olunan mәn Pauldan 2vә mәnimlә olan bütün qardaşlardan Qalatiyada olan imanlı cәmiyyәtlәrә salam! 3Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 4Atamız Allahın iradәsinә görә Mәsih günahlarımız üçün Özünü fәda etdi ki, bizi indiki şәr dövründәn qurtarsın. 5Allaha әbәdi izzәt olsun! Amin. 6Heyrәtlәnirәm ki, Mәsihin lütfü ilә sizi çağıran Allahı belә tezliklә tәrk edib başqa bir müjdәyә tәrәf dönürsünüz. 7Әslindә başqa müjdә yoxdur. Ancaq sizi lәrzәyә salıb Mәsihin Müjdәsini tәhrif etmәk istәyәnlәr vardır. 8Amma istәr biz, istәrsә göydәn gәlәn bir mәlәk belә, bizim sizә yaydığımız Müjdәyә zidd bir şeyi müjdә kimi yaysa, ona lәnәt olsun! 9Әvvәlcә dediyimizi indi bir daha deyirәm: kim sizә qәbul etdiyiniz Müjdәyә zidd bir şey yayırsa, ona lәnәt olsun! 10İndi mәn insanları, yoxsa Allahı mәmnun etmәyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Әgәr mәn hәlә dә insanları razı salmaq istәsәydim, Mәsihin qulu olmazdım. 11Qardaşlar, sizә bәyan edirәm ki, mәnim yaydığım Müjdәnin mәnbәyi insan deyil. 12Çünki mәn onu insandan almadım vә insan tәrәfindәn dә öyrәdilmәdim. Bunu mәnә İsa Mәsih vәhy vasitәsilә açdı. 13Yәhudi dininә bağlı olduğum günlәrdә mәnim necә hәyat sürdüyümü eşitdiniz. Mәn Allahın cәmiyyәtini hәdsiz tәqib edir, onu dağıdırdım. 14Yәhudi dinindә soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irәlidә idim. Ata-babalarımın adәt-әnәnәlәrinin qeyrәtini hәddindәn artıq çәkirdim. 15Amma hәlә anamın bәtnindәn mәni seçib lütfü ilә çağıran Allah 16Öz Oğlu ilә bağlı Müjdәni başqa millәtlәr arasında yayım deyә Onu mәnә zahir etmәyә razı olanda dәrhal insanlarla mәslәhәtlәşmәdim. 17Yerusәlimә, mәndәn qabaq hәvari olanların yanına da getmәdim, amma Әrәbistana getdim, sonra yenә Dәmәşqә qayıtdım. 18Üç il keçәndәn sonra isә Kefa ilә tanış olmaq üçün Yerusәlimә getdim vә on beş gün onun yanında qaldım. 19O biri hәvarilәrin heç birini görmәdim. Ancaq Rәbbin qardaşı Yaqubu gördüm. 20Allahın önündә sizә yazdıqlarımın yalan olmadığını deyirәm. 21Sonra Suriya vә Kilikiya diyarlarına getdim. 22Yәhudeyanın Mәsihdә olan cәmiyyәtlәri isә mәni şәxsәn tanımırdılar. 23Yalnız bu sözü eşidirdilәr: "Bir zaman bizi tәqib edәn şәxs vaxtilә yox etmәyә çalışdığı imanı müjdәlәyir". 24Belәliklә, mәnә görә Allahı izzәtlәndirirdilәr.


Copyrighted Material
Learn More

will be added

X\