İBRANİLӘRӘ 1

1Allah qәdim zamanlarda dәfәlәrlә vә müxtәlif yollarla әcdadlarımıza peyğәmbәrlәr vasitәsilә müraciәt etmişdi. 2Amma bu axır zamanda O bizә Oğul vasitәsilә müraciәt etdi; Onu hәr şeyin varisi tәyin etmişdi vә Onun vasitәsilә kainatı yaratmışdı. 3Oğul Allahın izzәtinin әksi vә mahiyyәtinin tam surәtidir. O hәr şeyi qüdrәtli kәlamı ilә saxlayır. O, günahlardan tәmizlәnmәni tәmin edәndәn sonra ucalarda möhtәşәm Allahın sağında oturdu. 4Mәlәklәrdәn nә qәdәr üstün adı irs olaraq aldısa, o qәdәr onlardan üstün oldu. 5Axı Allah mәlәklәrin hansına nә vaxtsa "Sәn Mәnim Oğlumsan, Mәn bu gün Sәnә Ata oldum" yaxud "Mәn Ona Ata, O isә Mәnә Oğul olacaq" demişdir? 6Yenә dә Allah İlk Doğulanı dünyaya gәtirәndә deyir: "Allahın bütün mәlәklәri qoy Onun qarşısında sәcdә etsin". 7Mәlәklәr barәsindә isә deyir: "Öz mәlәklәrini külәklәrә, Öz xidmәtçilәrini yanar oda döndәrir!" 8Amma Oğul haqqında bunu deyir: "Ey Allah, taxtın әbәdilik, sonsuzadәk qalır, Sәnin şahlıq әsan insaf әsasıdır. 9Salehliyi sevib qanunsuzluğa nifrәt etmisәn. Ona görә Allah, Sәnin Allahın Sevinc yağı ilә Yoldaşlarından çox Sәni mәsh edib". 10Yenә deyir: "Ya Rәbb, Sәn yerin tәmәlini әzәldәn qurmusan, Göylәr Sәnin әllәrinin işidir! 11Onlar yox olacaq, amma Sәn qalacaqsan, Hamısı paltar kimi köhnәlәcәk, 12Onları geyim kimi bükәcәksәn, Onları paltar kimi dәyişdirәcәksәn. Amma Sәn dәyişmәzsәn, İllәrin tükәnmәzdir". 13Lakin Allah mәlәklәrin hansına nә vaxtsa "Mәn düşmәnlәrini ayaqlarının altına kәtil kimi salanadәk Sağımda otur" demişdir? 14Bütün mәlәklәr xilası irs olaraq alacaq şәxslәrә xidmәt etmәk üçün göndәrilәn xidmәtçi ruhlar deyilmi?


Copyrighted Material
Learn More

will be added

X\