YAQUB 1

1Allahın vә Rәbb İsa Mәsihin qulu mәn Yaqubdan millәtlәr arasına sәpәlәnmiş on iki qәbilәyә salam! 2Ey qardaşlarım, müxtәlif sınaqlarla üzlәşәndә bunu böyük bir sevinc hesab edin. 3Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçmәsi dözüm yaradır. 4Dözüm dә öz әmәlini kamil etsin ki, siz yetkin vә kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın. 5Әgәr sizlәrdәn birinin müdrikliyi çatışmırsa, hәr kәsә sәxavәtlә vә mәzәmmәt etmәdәn verәn Allahdan dilәsin vә ona verilәcәk. 6Amma qoy heç şübhә etmәdәn imanla dilәsin. Çünki şübhә edәn adam külәyin qaldırdığı vә hәrәkәtә gәtirdiyi dәniz dalğasına bәnzәyir. 7Qoy belә adam düşünmәsin ki, Rәbdәn bir şey alacaq. 8O qәrarsızdır, heç bir yolunda sabit deyil. 9Qoy hәqir qardaş öz ucalığı ilә fәxr etsin, 10varlı qardaşsa öz hәqirliyi ilә fәxr etsin, çünki varlı insan otun çiçәyi kimi solub gedәcәk. 11Günәş çıxır, bәrk isti olur vә otu qurudur. Otun çiçәyi tökülür vә onun zahiri gözәlliyi itir. Varlı adam da belәcә, işlәyә-işlәyә solacaq. 12Sınağa dözәn adam nә bәxtiyardır! Çünki sınaqdan keçәndәn sonra Rәbbin Onu sevәnlәrә vәd etdiyi hәyat tacını alacaq. 13Sınağa düşәndә qoy heç kim "Allah mәni sınağa çәkir"demәsin. Çünki Allah pisliklә sınağa çәkilmir vә Özü dә heç kimi sınağa çәkmir. 14Lakin hәr kәs öz ehtirası ilә aparılıb yoldan çıxarılaraq sınağa çәkilir. 15Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişәndә ölüm törәdir. 16Ey sevimli qardaşlarım, aldanmayın: 17hәr yaxşı bәxşiş vә hәr kamil hәdiyyә yuxarıdan, Özündә heç bir dәyişiklik ya dönüklük kölgәsi olmayan nurlar Atasından gәlir. 18O Öz iradәsinә görә hәqiqәt kәlamı ilә doğulmamıza sәbәb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq. 19Belәliklә, ey sevimli qardaşlarım, qoy hәr bir adam eşitmәkdә cәld, söz söylәmәkdә tәmkinli vә qәzәblәnmәkdә dә tәmkinli olsun. 20Çünki insanın qәzәbi Allahın salehliyini hasil etmir. 21Buna görә dә hәr cür murdarlığı vә dolub-daşan pisliyi kәnara ataraq ürәyinizә әkilәn, canlarınızı xilas etmәyә qadir olan kәlamı hәlimliklә qәbul edin. 22Bu kәlamın icraçısı olun, yalnız eşidәnlәr olub özünüzü aldatmayın. 23Çünki kәlamı eşidәn, amma icraçısı olmayan şәxs güzgüdә öz üzünün cizgilәrinә baxan adama bәnzәyir: 24O öz-özünә baxır, kәnara çәkilir vә dәrhal necә olduğunu unudur. 25Lakin kamil qanuna, azadlıq qanununa diqqәtlә baxıb ona bağlı qalan şәxs unutqan eşidәn deyil, әmәldә icraçıdır; belә adam öz işindә nә bәxtiyardır! 26Әgәr sizdәn biri özünün mömin olduğunu düşünür, amma ürәyini aldadıb öz dilini yüyәnlәmirsә, onun möminliyi puçdur. 27Ata Allahın hüzurunda pak vә nöqsansız möminlik budur: yetimlәrә vә dullara onların әziyyәtlәrindә qayğı göstәrmәk vә özünü dünyadan qoruyub lәkәsiz olmaq.


Copyrighted Material
Learn More

will be added

X\