YӘHYA 1

1Başlanğıcda Kәlam var idi. Kәlam Allahla birlikdә idi. Kәlam Allah idi. 2O, başlanğıcda Allahla birlikdә idi. 3Hәr şey Onun vasitәsilә yarandı vә yaranan şeylәrdәn heç biri Onsuz yaranmadı. 4Hәyat Onda idi vә bu hәyat insanların nuru idi. 5Nur qaranlıqda parlayır, qaranlıq isә onu bürüyә bilmәdi. 6Allahın göndәrdiyi bir adam ortaya çıxdı, onun adı Yәhya idi. 7O, şәhadәt üçün gәldi ki, Nur barәdә şәhadәt etsin vә hamı onun vasitәsilә iman etsin. 8O özü Nur deyildi, amma Nur barәdә şәhadәt etmәk üçün gәldi. 9Bu, hәqiqi Nur idi vә dünyaya gәlәrәk hәr bir insanı işıqlandırırdı. 10O, dünyada idi, dünya Onun vasitәsilә yarandı, amma dünya Onu tanımadı. 11Öz diyarına gәldi, amma soydaşları Onu qәbul etmәdi. 12Lakin Onu qәbul edәnlәrin hamısına, adına iman edәnlәrә Allahın övladları olmaq ixtiyarını verdi. 13Onlar nә qandan, nә bәşәr arzusundan, nә dә kişi istәyindәn deyil, yalnız Allahdan doğuldu. 14Kәlam bәşәr olub, lütf vә hәqiqәtlә dolu olaraq aramızda mәskәn saldı; biz dә Onun ehtişamını – Atadan gәlәn vahid Oğulun ehtişamını gördük. 15Yәhya Onun barәsindә şәhadәt etdi vә nida edib dedi: "“Mәndәn sonra Gәlәn mәndәn üstündür, çünki mәndәn әvvәl var idi” deyib haqqında danışdığım Şәxs budur". 16Hamımız Onun bütövlüyündәn lütf üstünә lütf aldıq. 17Qanun Musa vasitәsilә verildi, lütf vә hәqiqәt isә İsa Mәsih vasitәsilә gәldi. 18Allahı heç kәs heç vaxt görmәyib, amma Atanın qucağında olan vә Allah olan vahid Oğul Onu tanıtdı. 19Yәhudi başçıları Yәhyadan "Sәn kimsәn?" deyә soruşmaq üçün Yerusәlimdәn kahinlәrlә Levililәri onun yanına göndәrdilәr. O zaman Yәhya belә şәhadәt etdi: 20o, düzünü deyib inkar etmәdi vә "mәn Mәsih deyilәm" deyә bәyan etdi. 21Onlar Yәhyadan soruşdu: "Bәs sәn kimsәn? Bәlkә İlyassan?" Yәhya "xeyr, o deyilәm" dedi. Soruşdular: "Bәlkә gәlmәli olan peyğәmbәrsәn?" Yәhya "xeyr" söylәdi. 22Sonra ona dedilәr: "Bәs sәn kimsәn? Bizi göndәrәnlәrә nә cavab verәk? Özün barәdә nә deyirsәn?" 23Yәhya dedi: "Mәn Yeşaya peyğәmbәrin söylәdiyi kimi “Rәbbin yolunu düz edin” deyә sәhrada nida edәnin sәsiyәm". 24Göndәrilәn bәzi fariseylәr 25Yәhyadan soruşdu: "Bәs sәn Mәsih, İlyas yaxud gәlmәli olan peyğәmbәr deyilsәnsә, nә üçün vәftiz edirsәn?" 26Yәhya onlara cavab verdi: "Mәn su ilә vәftiz edirәm, amma aranızda mәndәn sonra gәlәn tanımadığınız bir Nәfәr dayanıb. Mәn Onun heç çarığının bağını açmağa da layiq deyilәm". 28Bu hadisәlәr İordan çayının o tayında olan Bet-Anyada, Yәhyanın vәftiz etdiyi yerdә baş verdi. 29Ertәsi gün Yәhya İsanın ona tәrәf gәldiyini görüb dedi: "Dünyanın günahını aradan götürәn Allah Quzusu budur! 30“Mәndәn sonra bir Şәxs gәlir ki, mәndәn üstündür, çünki mәndәn әvvәl var idi” deyib haqqında danışdığım Kәs budur. 31Özüm Onu tanımırdım, amma Onun İsrailә zahir olması üçün mәn su ilә vәftiz edәrәk gәldim". 32Yәhya şәhadәt edib dedi: "Gördüm ki, Ruh göydәn göyәrçin kimi endi vә Onun üzәrindә qaldı. 33Özüm Onu tanımırdım, lakin su ilә vәftiz etmәk üçün mәni göndәrәnin Özü mәnә dedi: “Ruhun kimin üzәrinә enib qaldığını görsәn, bil ki, Müqәddәs Ruhla vәftiz edәn Odur”. 34Mәn dә görüb “Allahın Oğlu budur” deyә şәhadәt etmişәm". 35Ertәsi gün yenә Yәhya orada idi. Şagirdlәrinin ikisi onun yanında idi. 36İsa yoldan keçәrkәn Yәhya Ona baxıb dedi: "Allah Quzusu budur!" 37Hәmin iki şagird onun sözlәrini eşidib İsanın ardınca getdi. 38İsa dönüb ardınca gәldiklәrini görәrәk onlara "Sizә nә lazımdır?" dedi. Onlar İsaya dedi: "Rabbi, Sәn harada qalırsan?" "Rabbi""Müәllim" demәkdir. 39İsa onlara dedi: "Mәnimlә gәlin, görәrsiniz". Onlar gedib İsanın harada qaldığını gördülәr vә hәmin gün Onunla qaldılar. Onuncu saat radәlәri idi. 40Yәhyadan eşidib İsanın ardınca gedәn iki nәfәrdәn biri Şimon Peterin qardaşı Andrey idi. 41Sonra o, ilk öncә qardaşı Şimonu tapıb ona "biz Mәsihi tapdıq" dedi. "Mәsih""Mәsh olunmuş"demәkdir. 42Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: "Sәn Yәhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan". Kefa isә Peter demәkdir. 43Ertәsi gün İsa Qalileyaya getmәk istәdi. O, Filipi tapıb ona "ardımca gәl" dedi. 44Filip dә Andrey vә Peter kimi Bet-Sayda şәhәrindәn idi. 45Filip Natanaeli tapıb ona dedi: "Musanın Qanunda yazdığı, peyğәmbәrlәrin dә bәhs etdiyi Şәxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq". 46Natanael ona dedi: "Nazaretdәn yaxşı bir şey çıxarmı?" Filip isә ona "gәl özün bax" dedi. 47İsa Natanaelin Ona tәrәf gәldiyini görüb haqqında belә dedi: "Bu, hәqiqәtәn, ürәyindә hiylә olmayan bir İsraillidir". 48Natanael "Sәn mәni haradan tanıyırsan?" deyә Ondan soruşdu. İsa ona cavab verdi: "Filip sәni çağırmazdan әvvәl sәni әncir ağacının altında gördüm". 49Natanael Ona dedi: "Rabbi, Sәn Allahın Oğlusan, İsrailin Padşahısan!" 50İsa ona cavab verib dedi: "Sәni әncir ağacının altında gördüyümü söylәdiyim üçünmü Mәnә iman edirsәn? Sәn bunlardan daha böyük şeylәr görәcәksәn". 51Yenә ona dedi: "Doğrusunu, doğrusunu sizә deyirәm: göyün yarıldığını vә Allahın mәlәklәrinin Bәşәr Oğlu üzәrinә enib-qalxdığını görәcәksiniz".


Copyrighted Material
Learn More

will be added

X\