YӘHUDA 1

1İsa Mәsihin qulu, Yaqubun qardaşı mәn Yәhudadan Ata Allahın sevdiyi, İsa Mәsih üçün qorunmuş olan çağırılanlara salam! 2Mәrhәmәt, sülh vә mәhәbbәt sizә bol-bol verilsin! 3Sevimlilәr, ümumi xilasımızla bağlı sizә yazmağa çox sәy göstәrirdim. Bu arada müqәddәslәrә ilk vә son dәfә әmanәt edilәn iman uğrunda mübarizә aparmağa sizi hәvәslәndirmәk üçün sizә yazmağı özümә borc bildim. 4Çünki Allahımızın lütfünü pozğunluq üçün bәhanәlәrә çevirәn, yeganә Pәrvәrdigarı – Rәbbimiz İsa Mәsihi inkar edәn bәzi allahsız adamlar gizlicә aranıza girdilәr. Onların mühakimәyә uğrayacaqları çoxdan yazılmışdır. 5Bütün bunları bildiyiniz halda sizә xatırlatmaq istәyirәm ki, ilk vә son dәfә xalqı Misirdәn xilas edәn Rәbb sonra iman etmәyәnlәri mәhv etdi. 6Öz başçılıqlarını saxlamayan, mәskunlaşdığı yerlәri tәrk edәn mәlәklәri dә böyük qiyamәt günü üçün әbәdi zәncirlәrlә bağlayaraq zülmәtdә saxlamışdı. 7Sodom, Homorra vә әtrafdakı şәhәrlәr dә özlәrini buna bәnzәr tәrzdә cinsi әxlaqsızlığa vә qeyri-tәbii münasibәtlәrә tәslim etdilәr; sonra bu şәhәrlәr әbәdi odla yandırılma cәzasını çәkәrәk bir nümunә oldu. 8Eyni şәkildә aranıza girәn bu röyagörәnlәr dә öz cismini murdar edir, ağalığı rәdd edir, ehtişamlı varlıqlara şәr atırlar. 9Hәtta baş mәlәk Mikael dә Musanın cәsәdi barәsindә iblisin әleyhinә çıxıb ona şәr söylәyәrәk hökm vermәyә cәsarәt etmәdi, ancaq "Qoy Rәbb sәnә qadağan etsin!" dedi. 10Amma bu adamlar başa düşmәdiklәri hәr şeyә şәr atırlar. Onlar dәrrakәsiz heyvanlar kimi qeyri-iradi surәtdә nә anlayırlarsa, bunlarla mәhv olurlar. 11Vay onların halına! Çünki onlar Qabilin yolu ilә getdilәr. Qazanca görә özlәrini Bilamın yalanına düçar etdilәr. Qorah kimi üsyan qaldırdıqları üçün hәlak oldular. 12Belә adamlar sizin mәhәbbәt süfrәlәrinizi lәkәlәyirlәr. Onlar sizinlә birlikdә yeyib-içәrәk qorxmadan özlәrini bәslәyirlәr. Bunlar külәklәrin tәrpәtdiyi susuz buludlardır. Payızda meyvә vermәdiyi üçün kökündәn qoparılmış vә iki dәfә ölmüş ağaclardır. 13Öz xәcalәtini köpük kimi sovuran şiddәtli dәniz dalğalarıdır. Sәyyar ulduzlardır ki, onlar üçün Allah qatı qaranlığı әbәdi saxlayır. 14Adәmlә birlikdә yeddinci nәsil sayılan Xanok da bu adamlara aid peyğәmbәrlik edәrәk demişdir: "Budur, Rәbb saysız-hesabsız müqәddәs mәlәklәri ilә gәldi ki, 15hamını mühakimә etsin vә Allaha qarşı gördüklәri allahsız işlәr vә allahsız günahkarların Özünә qarşı inadkarcasına dediklәri bütün sözlәr üçün mәhkum etsin". 16Bu adamlar deyinәrәk öz talelәrindәn gileylәnirlәr. Onlar öz ehtiraslarına uyğun hәrәkәt edirlәr. Ağızlarından lovğa sözlәr çıxır vә öz xeyirlәrinә görә yaltaqlanırlar. 17Amma siz, ey sevimlilәr, Rәbbimiz İsa Mәsihin hәvarilәrinin әvvәlcәdәn söylәdiklәri sözlәri xatırlayın. 18Onlar sizә dedilәr: "Axır zamanda öz allahsız ehtiraslarına görә hәrәkәt edәn rişxәndçilәr ortaya çıxacaq". 19Bunlar ayrılıq salan, öz tәbiәtinә әsir olan, Ruha malik olmayan insanlardır. 20Siz isә, sevimlilәr, özünüzü әn müqәddәs olan imanınızın tәmәli üzәrindә inkişaf etdirin vә Müqәddәs Ruhun idarәsi ilә dua edin. 21Rәbbimiz İsa Mәsihin әbәdi hәyata aparan mәrhәmәtini gözlәyәrәk özünüzü Allah mәhәbbәtindә qoruyun. 22Şübhә edәn adamlara qarşı mәrhәmәtli olun; 23başqalarını oddan qaparaq xilas edin; digәrlәrinә isә mәrhәmәt edin. Amma qorxu içindә cismin lәkәlәdiyi paltardan belә, çәkinin. 24Sizi büdrәmәkdәn qoruyub Öz izzәtli hüzuruna böyük sevinclә nöqsansız çıxarmağa qadir olan 25Xilaskarımız, yeganә Allaha Rәbbimiz İsa Mәsih vasitәsilә әzәldәn bәri, indi vә әbәdi olaraq izzәt, әzәmәt, qüdrәt vә sәlahiyyәt olsun! Amin.


Copyrighted Material
Learn More

will be added

X\