MARK 1

1Allahın Oğlu İsa Mәsihin Müjdәsinin başlanğıcı. 2Yeşaya peyğәmbәrin kitabında belә yazılıb: "Budur, Sәnin önündә Öz elçimi göndәrirәm. O Sәnin yolunu hazırlayacaq. 3Sәhrada nida edәnin sәsi gәlir: “Rәbbin yolunu hazırlayın, Onun keçәcәyi yerlәri düz edin”". 4Yazıldığı kimi vәftiz edәn Yәhya çöldә meydana çıxdı. O, insanların öz günahlarının bağışlanması üçün tövbә edib vәftiz olunmasını vәz edirdi. 5Bütün Yәhudeya diyarından olanlar vә Yerusәlim sakinlәrinin hamısı onun yanına gәlirdi. Onlar günahlarını etiraf edәrәk onun tәrәfindәn İordan çayında vәftiz olunurdu. 6Yәhya dәvә yunundan paltar geymiş, belinә dәri qurşaq bağlamışdı, çәyirtkә vә çöl balı yeyirdi. 7Yәhya belә vәz edirdi: "Mәndәn sonra mәndәn daha Qüdrәtlisi gәlir. Mәn әyilib Onun çarıqlarının bağını açmağa belә, layiq deyilәm. 8Mәn sizi su ilә vәftiz etdim, amma O sizi Müqәddәs Ruhla vәftiz edәcәk". 9O günlәrdә İsa Qalileyanın Nazaret şәhәrindәn gәlib Yәhya tәrәfindәn İordan çayında vәftiz olundu. 10İsa sudan çıxan kimi göylәrin yarıldığını vә Ruhun göyәrçin kimi Öz üzәrinә endiyini gördü. 11Göylәrdәn bir sәda gәldi: "Sәn Mәnim sevimli Oğlumsan, Sәndәn razıyam". 12Ruh dәrhal İsanı sәhraya çәkib-apardı. 13O, sәhrada qırx gün qaldı vә bu müddәt әrzindә Şeytan tәrәfindәn sınağa çәkilirdi. İsa vәhşi heyvanlar arasında idi vә mәlәklәr Ona xidmәt edirdi. 14Yәhya hәbs olunandan sonra İsa Qalileyaya gәlib Allahın Müjdәsini vәz edirdi: 15"Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbә edin vә Müjdәyә inanın". 16İsa Qalileya gölünün sahilindәn keçәrkәn suya tor atan Şimonu vә qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 17İsa onlara dedi: "Ardımca gәlin, Mәn sizi elә balıqçı edәcәyәm ki, insan tutacaqsınız". 18Onlar dәrhal torları kәnara atıb Onun ardınca getdilәr. 19İsa bir az irәli gedib Zavday oğlu Yaqubu vә qardaşı Yәhyanı gördü. Onlar qayıqda torlarını düzәldirdi. 20İsa dәrhal onları çağırdı. Onlar da qayıqdakı ataları Zavdayı vә muzdlu işçilәri qoyub Onun ardınca getdi. 21Onlar Kefernahuma gәldilәr. Şәnbә günü İsa sinaqoqa girib tәlim öyrәtmәyә başladı. 22Onun tәliminә tәәccüblәnirdilәr, çünki onlara ilahiyyatçılar kimi deyil, sәlahiyyәt sahibi kimi tәlim öyrәdirdi. 23Hәmin vaxt onların sinaqoqunda natәmiz ruha tutulmuş bir nәfәr var idi. O çığırdı: 24"Ey Nazaretli İsa, bizdәn nә istәyirsәn? Bizi mәhv etmәyәmi gәlmisәn? Mәn bilirәm Sәn Kimsәn: Allahın Müqәddәsisәn!" 25Amma İsa ona qadağan edib dedi: "Sus vә bu adamdan çıx!" 26Natәmiz ruh bu adamı sarsıdıb bәrkdәn çığıraraq ondan çıxdı. 27Hamını heyrәt bürüdü vә bir-birindәn soruşdu: "Bu nәdir? Sәlahiyyәtli yeni bir tәlimdir! O, natәmiz ruhlara belә, әmr edir vә bunlar da Ona itaәt edirlәr". 28İsa haqqında xәbәr dәrhal Qalileya bölgәsinin hәr tәrәfinә yayıldı. 29Onlar sinaqoqdan çıxan kimi Yaqub vә Yәhya ilә birgә Şimon vә Andreyin evinә getdilәr. 30Şimonun qayınanası qızdırma içindә yatırdı. Bunu dәrhal İsaya xәbәr verdilәr. 31İsa xәstәnin yanına gәlib әlindәn tutaraq onu qaldırdı vә qadının qızdırması düşdü. Qadın onlara xidmәt etmәyә başladı. 32Axşam gün batanda bütün xәstәlәri vә cinә tutulmuşları İsanın yanına gәtirdilәr. 33Bütün şәhәr әhalisi qapının yanına yığıldı. 34İsa müxtәlif xәstәliyә tutulan çox adama şәfa verdi vә bir çox cinlәri qovdu. Amma cinlәrә danışmağa izin vermәdi, çünki onlar İsanın Kim olduğunu bilirdilәr. 35Sәhәr alaqaranlıqda İsa qalxıb evdәn çıxdı vә kimsәsiz bir yerә gedib orada dua etdi. 36Şimon vә onun yanındakılar İsanın ardınca düşdülәr. 37Onu tapıb dedilәr: "Hamı Sәni axtarır". 38İsa onlara dedi: "Gәlin başqa yerlәrә – әtrafdakı şәhәrlәrә gedәk vә orada da vәz edim, çünki Mәn bunun üçün gәlmişәm". 39Belәliklә, İsa onların sinaqoqlarında vәz edәrәk vә cinlәri qovaraq bütün Qalileyanı gәzib-dolaşdı. 40Bir gün cüzamlı bir adam İsanın yanına gәldi vә diz çöküb yalvardı: "Әgәr istәsәn, mәni pak edә bilәrsәn". 41İsanın ona rәhmi gәldi. Әlini uzadıb ona toxundu vә dedi: "İstәyirәm, pak ol!" 42Dәrhal bu adam cüzamdan sağalıb pak oldu, 43İsa o an onu yola salıb ciddi tapşıraraq 44belә dedi: "Bax heç kәsә bir söz demә, lakin get, özünü kahinә göstәr. Hәr kәsә şәhadәt olsun deyә sәnin cüzamdan paklandığın üçün Musanın buyurduğu tәqdimlәri apar". 45Lakin o çıxıb bu sözü vәz edәrәk hәr yanda yaymağa başladı. Ona görә dә İsa artıq heç bir şәhәrә açıq girә bilmirdi, ancaq kәnarda, kimsәsiz yerlәrdә qalır vә adamlar hәr tәrәfdәn Onun yanına gәlirdi.


Copyrighted Material
Learn More

will be added

X\