SAYLAR 2

1Rəbb Musaya və Haruna dedi: 2«İsrail övladları Hüzur çadırını əhatə edərək bir az kənarda, hər biri öz bayrağının altında ailələrinin nişanı ilə düşərgə salsınlar. 3Şərq tərəfində, gündoğana tərəf Yəhuda ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salsınlar. Yəhudalıların rəhbəri Amminadav oğlu Naxşon olsun. 4Yəhuda ordusunda 74,600 nəfər siyahıya alındı. 5Onun yanında düşərgə salanlar İssakar qəbiləsi olacaq. İssakarlıların rəhbəri Suar oğlu Netanel olsun. 6Onun ordusundan 54,400 nəfər siyahıya alındı. 7Sonra Zevulun qəbiləsi düşərgə salacaq. Zevulun övladlarının rəhbəri Xelon oğlu Eliav olsun. 8Onun ordusundan 57,400 nəfər siyahıya alındı. 9Yəhuda ordugahından bölüklərinə görə bütün sayılanlar 186,400 nəfər idi. Onlar birinci köçəcəklər. 10Cənub tərəfində Ruven ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur olsun. 11Ruven ordusundan 46,500 nəfər siyahıya alındı. 12Onun yanında düşərgə salanlar Şimeon qəbiləsi olacaq. Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel olsun. 13Onun ordusundan 59,300 nəfər siyahıya alındı. 14Sonra Qad qəbiləsi düşərgə salacaq. Qadlıların rəhbəri Deuel oğlu Elyasaf olsun. 15Onun ordusundan 45,650 nəfər siyahıya alındı. 16Ruven ordugahından bölüklərinə görə sayılanların cəmi 151,450 nəfər idi. İkinci onlar gedəcəklər. 17Hüzur çadırı yola düşəndə Levililərin düşərgəsi düşərgələrin ortasında dursun. Hərə necə düşərgə salıbsa, həmin nizamla, öz bayrağı altında yola düşsün. 18Qərb tərəfində Efrayim ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama olsun. 19Efrayim ordusundan 40,500 nəfər siyahıya alındı. 20Onun yanında düşərgə salanlar Menaşşe qəbiləsi olacaq. Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel olsun. 21Onun ordusundan 32,200 nəfər siyahıya alındı. 22Sonra Binyamin qəbiləsi düşərgə salacaq. Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan olsun. 23Onun ordusundan 35,400 nəfər siyahıya alındı. 24Efrayim ordugahından bölüklərinə görə sayılanların cəmi 108,100 nəfər idi. Üçüncü onlar gedəcəklər. 25Şimal tərəfində Dan ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Danlıların rəhbəri Ammişadday oğlu Axiezer olsun. 26Dan ordusundan 62,700 nəfər siyahıya alındı. 27Onun yanında düşərgə salanlar Aşer qəbiləsi olacaq. Aşerlilərin rəhbəri Okran oğlu Pagiel olsun. 28Onun ordusundan 41,500 nəfər siyahıya alındı. 29Sonra Naftali qəbiləsi düşərgə salacaq. Naftalililərin rəhbəri Enan oğlu Axira olsun. 30Onun ordusundan 53,400 nəfər siyahıya alındı. 31Dan ordugahından cəmi 157,600 nəfər siyahıya alındı. Öz bayraqlarının altında ən sonuncu onlar gedəcəklər». 32İsrail övladlarından ailələrinə görə siyahıya alınanlar bunlardır. Ordugahlardan bölüklərinə görə cəmi 603,550 nəfər siyahıya alındı. 33Ancaq Rəbbin Musaya əmr etdiyi kimi Levililər digər İsrail övladları ilə birgə siyahıya alınmadı. 34İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. Bayraqlarının altında belə düşərgə saldılar və hər kəs nəsil və ailəsi ilə birgə belə yola düşdü.


Copyrighted Material
Learn More

will be added

X\