FİLİPİLİLӘRӘ 2

1Belәliklә, Mәsihdә bir ruhlandırılma, mәhәbbәtdәn yaranan bir tәsәlli, Ruha bir şәriklik, bir rәhm vә mәrhәmәt varsa, 2hәmfikir olub bir-birinizә eyni mәhәbbәti göstәrәrәk canbir vә hәmrәy olmağınızla sevincimi bütövlәşdirin. 3Heç bir işi özünü göstәrәrәk vә ya lovğalıqla etmәyin. Qoy hәr biriniz itaәtkarlıqda digәrini özündәn üstün saysın 4vә yalnız öz mәnfәәtini deyil, başqalarının da mәnfәәtini güdsün. 5Mәsih İsa necә düşündü, siz dә elә düşünün. 6Allah surәtindә olduğu halda O Özünü Allaha bәrabәr tutmağı bir haqq saymadı. 7Lakin Özünü heç etdi vә qul surәtinә salıb insanlara oxşar oldu. İnsan şәklini alıb 8Özünü aşağı tutdu vә ölümә qәdәr – çarmıx üzәrindә ölümә qәdәr itaәt göstәrdi. 9Buna görә dә Allah Onu çox ucaltdı vә Ona lütflә bütün adlardan ali bir ad verdi ki, 10göydә, yerdә vә yerin altında olanların hamısı İsanın adına ehtiram edәrәk diz çöksün 11vә hәr dil Ata Allahın izzәti üçün İsa Mәsihin Rәbb olduğunu bәyan etsin. 12Belә isә, ey sevimlilәrim, hәmişә itaәtli olduğunuz kimi yalnız mәn yanınızda olanda yox, xüsusәn yanınızda olmadığım bu anda belә, qorxu vә lәrzә ilә xilasınızı әmәllәrinizdә göstәrin. 13Çünki sizdә fәaliyyәt göstәrәn Allahdır, belә ki Onun xoş mәramını hәm istәyәsiniz, hәm dә bunun üçün fәaliyyәt göstәrәsiniz. 14Hәr şeyi şikayәtlәnmәdәn, mübahisә etmәdәn yerinә yetirin ki, 15nöqsansız vә saf olaraq bu әyri vә azmış nәsil arasında Allahın lәkәsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın. 16Hәyat sözünü tәqdim edin. Qoy Mәsihin zühur edәcәyi gündә fәxr edә bilim ki, nә boş yerә cәhd etdim, nә dә boş yerә zәhmәt çәkdim. 17Lakin sizin imanınızın qurban vә xidmәti üzәrinә içmә tәqdimi kimi tökülәcәyәmsә dә, sevinirәm vә hamınızın sevincinә şәrikәm. 18Siz dә mәhz bunun üçün sevinin vә mәnim sevincimә şәrik olun. 19Vәziyyәtinizdәn xәbәrdar olub ürәyim sakitlәşsin deyә bu yaxınlarda Timoteyi yanınıza göndәrәcәyim üçün Rәbb İsada ümidim var. 20Çünki Timotey kimi mәnimlә canbir olan, hәqiqәtәn qayğınıza qalan başqa kimsәm yoxdur. 21Ona görә ki hәr kәs İsa Mәsihin xeyrini deyil, öz xeyrini güdür. 22Amma Timoteyin öz dәyәrini necә sübut etdiyini, atasının yanında qulluq edәn oğul kimi Müjdәni yaymaq işindә mәnimlә birgә qulluq etdiyini bilirsiniz. 23Belәliklә, işlәrimin nә yerdә olduğunu bilәn kimi onu yanınıza göndәrmәk ümidindәyәm. 24Mәn dә yaxında yanınıza gәlmәyim barәdә Rәbbә güvәnirәm. 25Lakin ehtiyacımın tәminatına görә mәnә yardım etmәk üçün göndәrdiyiniz nümayәndәni, qardaşım, әmәkdaşım vә birlikdә mübarizә apardığım Epafroditi yanınıza qaytarmağı lazım bildim. 26Çünki o hәr birinizdәn ötrü darıxır vә onun xәstә olduğunu eşitdiyinizә görә çox narahat idi. 27O, hәqiqәtәn, elә xәstәlәnmişdi ki, az qala ölsün. Lakin Allahın ona, yalnız ona deyil, kәdәrimin üstünә kәdәr gәlmәsin deyә hәm dә mәnә rәhmi gәldi. 28Onu yanınıza göndәrmәyә daha çox buna görә razılıq verdim ki, onu yenidәn görüb sevinәsiniz vә mәnim dә kәdәrim yüngüllәşsin. 29Rәbdә olan bu adamı tam sevinclә qәbul edin vә belәlәrini qiymәtlәndirin. 30Çünki o, Mәsihin işi uğrunda az qala ölәcәkdi. Sizin mәnә edә bilmәdiyiniz kömәyi etmәk üçün canını tәhlükәyә atdı.


Copyrighted Material
Learn More

will be added

X\