FİLİMONA 1

1Mәsih İsa uğrunda hәbs olunan mәn Pauldan vә Timotey qardaşdan sevimli әmәkdaşımız Filimona, 2bacımız Apfiyaya, birlikdә mübarizә apardığımız Arxipә vә Filimonun evindә toplaşan imanlılar cәmiyyәtinә salam! 3Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 4Dualarımda sәni yada salıram vә Allaha daima şükür edirәm. 5Çünki Rәbb İsaya olan imanını vә bütün müqәddәslәrә bәslәdiyin mәhәbbәti eşidirәm. 6Sәn Mәsihdә malik olduğumuz hәr xeyirli şeyi dәrk etdikcә imanını başqaları ilә paylaşmaqda fәal olmağın üçün dua edirәm. 7Qardaşım, sәnin mәhәbbәtin mәnim üçün böyük sevinc vә tәsәlli qaynağı oldu. Çünki müqәddәslәrin ürәyi sәnin sayәndә tәravәtlәndi. 8Buna görә münasib olanı sәnә buyurmağa Mәsihdә böyük cәsarәtim olsa da, 9indi Mәsih İsa uğrunda hәbsdә olan mәn – yaşlı Paul sәnә mәhәbbәtlә yalvarıram. 10Hәbsdә ikәn ruhani atası olduğum oğlum Onisimlә bağlı sәndәn bir xahişim var. 11O bir vaxtlar sәnә yararsız idi, amma indi hәm sәnә, hәm dә mәnә yararlıdır. 12Onun özünü, yәni can-ciyәrimi sәnin yanına göndәrirәm. 13Müjdә uğrunda hәbsdә olduğum müddәtdә sәnin әvәzinә mәnә xidmәt etmәsi üçün onu yanımda saxlamaq istәyirdim. 14Amma sәnin razılığın olmadan heç bir iş görmәk istәmәdim. İstәdim ki, etdiyin yaxşılıq mәcburi deyil, könüllü olsun. 15Onisimin bir müddәt sәndәn ayrılması bәlkә dә bundan ötrü oldu ki, sәn onu hәmişәlik, 16artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qәbul edәsәn. O, xüsusilә, mәnim üçün çox sevimlidir. Lakin hәm cismәn, hәm dә Rәbdә olaraq sәnin üçün daha da çox sevimli qardaşdır. 17İndi mәni özünә şәrik sayırsansa, onu da mәni kimi qәbul et. 18Әgәr sәnә hәr hansı bir haqsızlıq etmişsә yaxud borcludursa, bunu mәnim hesabıma yaz. 19Mәn Paul bunu öz әlimlә yazıram ki, әvәzini mәn ödәyәcәyәm. Sәnin öz hәyatın üçün mәnә borclu olduğunu demәk istәmirәm. 20Bәli, qardaş, Rәbdә mәnә bir yardımın olsun. Ürәyimi Mәsihdә tәravәtlәndir. 21İtaәtkar olduğuna әmin olaraq bunu sәnә yazıram. Bilirәm ki, istәdiklәrimi artıqlaması ilә yerinә yetirәcәksәn. 22Bununla yanaşı, mәnә bir qonaq otağı hazırla. Ümidvaram ki, dualarınız vasitәsilә sizә bәxş olunacağam. 23Mәsih İsada olub mәnimlә birgә hәbs olunan Epafra, 24әmәkdaşlarım Mark, Aristarx, Dima, Luka da sәnә salam göndәrir. 25Rәbb İsa Mәsihin lütfü sizin ruhunuza yar olsun!


Copyrighted Material
Learn More

will be added

X\