VӘHY 1

1Bu, İsa Mәsihin vәhyidir. Allah bunu Ona verdi ki, tezliklә baş vermәli hadisәlәri Öz qullarına aşkar etsin. Mәsih dә bunu Öz mәlәyi vasitәsilә qulu Yәhyaya göndәrәrәk bәyan etdi. 2Yәhya Allahın kәlamı vә İsa Mәsihin şәhadәti, yәni gördüyü hәr şey barәdә şәhadәt etdi. 3Nә bәxtiyardır bu peyğәmbәrlik sözlәrini oxuyan, eşidәnlәr vә orada yazılanlara riayәt edәnlәr! Çünki vaxt yaxındır. 4Mәn Yәhyadan Asiya vilayәtindәki yeddi imanlılar cәmiyyәtinә salam! Var Olan, Var Olmuş vә Gәlmәli Olandan, Onun taxtının önündәki yeddi ruhdan, hәmçinin ölülәr arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Mәsihdәn sizә lütf vә sülh olsun! Bizi sevәn, Öz qanı bahasına bizi günahlarımızdan azad edәrәk 6bizdәn bir padşahlıq tәşkil edәn vә bizi Öz Atası Allah üçün kahinlәr tәyin edәn Şәxsә әbәdi olaraq izzәt vә qüdrәt olsun! Amin. 7Budur, O, buludlarla gәlir! Hәr göz Onu görәcәk, Hәtta Onun bәdәnini deşәnlәr dә Onu görәcәk. Yer üzünün bütün tayfaları Onun üçün ah-nalә edәcәk. Bәli, belә olacaq. Amin. 8Var olan, Var olmuş vә Gәlmәli olan Külli-İxtiyar Rәbb Allah deyir: "Alfa vә Omeqa Mәnәm!" 9Әziyyәtә, Allahın Padşahlığına vә dözümә sizinlә İsada şәrik olan mәn – qardaşınız Yәhya Allahın kәlamından ötrü vә İsa barәdә şәhadәt etdiyimә görә Patmos adlanan adada idim. 10Rәbbin günü Ruhun tәsirinә düşdüm. Arxamdan şeypur sәsinә bәnzәr uca bir sәsin belә söylәdiyini eşitdim: 11"Gördüyünü bir kitaba yaz vә bunu yeddi cәmiyyәtә, yәni Efesә, İzmirә, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya vә Laodikeyaya göndәr". 12Onda çevrildim ki, mәnimlә danışanın kim olduğunu görüm. Çevrildikdә yeddi qızıl çıraqdan gördüm. 13Çıraqdanların arasında uzun cübbә geymiş, sinәsinә qızıl qurşaq bağlamış bәşәr oğluna bәnzәr Biri var idi. 14Onun başı, saçı yun vә qar kimi ağ, gözlәri isә odlu alov kimi idi; 15ayaqları kürәdә xalis olan pardaqlanmış tunc kimi idi, sәsi dә gur suların sәdasına bәnzәyirdi. 16O, sağ әlindә yeddi ulduz tutmuşdu, ağzından ikiağızlı iti bir qılınc çıxırdı; Onun üzü tam qüvvәsi ilә parlayan günәşә bәnzәyirdi. 17Mәn Onu gördükdә ölü kimi ayaqlarına düşdüm. O isә sağ әlini mәnim üstümә qoyub dedi: "Qorxma! Birinci vә Sonuncu Olan, 18Diri Olan Mәnәm. Mәn ölmüşdüm, indi isә әbәdi olaraq diriyәm. Ölümün vә ölülәr diyarının açarları Mәndәdir. 19Belәliklә, öz gördüklәrini, indi vә bundan sonra baş verәcәk hadisәlәri yaz. 20Mәnim sağ әlimdә gördüyün yeddi ulduzun vә yeddi qızıl çıraqdanın sirrinә gәlincә, yeddi ulduz yeddi cәmiyyәtin mәlәklәri, yeddi çıraqdan da yeddi cәmiyyәt demәkdir.


Copyrighted Material
Learn More

will be added

X\