ROMALILARA 1

1İsa Mәsihin qulu, hәvari olmağa çağırılmış, Allahın Müjdәsini yaymaq üçün seçilmiş mәn Pauldan salam! 2Allahın Öz peyğәmbәrlәri vasitәsilә Müqәddәs Yazılarda әvvәlcәdәn vәd etdiyi o Müjdә 3Oğlu Rәbbimiz İsa Mәsih haqqındadır. O, cismәn Davud nәslindәndir, müqәddәslik Ruhuna görә isә ölülәr arasından dirilәrәk Allahın Oğlu olduğu qüdrәtlә elan olundu. 5Biz Onun vasitәsilә lütfә vә hәvariliyә nail olduq ki, Onun adı naminә bütün millәtlәrdәn olan insanları imana itaәt etmәyә çağıraq. 6Siz dә İsa Mәsihә mәxsus olmaq üçün çağırılmış o insanların arasındasınız. 7Romada yaşayan, Allahın sevdiyi vә müqәddәs olmağa çağırdığı sizin hamınıza Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn lütf vә sülh olsun! 8Hәr şeydәn әvvәl, hamınız üçün İsa Mәsihin vasitәsilә Allahıma şükür edirәm ki, imanınız bütün dünyada elan olunur. 9Oğlunun Müjdәsini yaymaqda bütün qәlbimlә ibadәt etdiyim Allah şahidimdir ki, mәn sizi necә daim yada salıram. 10Dualarımda hәmişә yalvarıram ki, Allahın iradәsi ilә nәhayәt yanınıza gәlmәyә nail olum. 11Çünki sizi qüvvәtlәndirmәk üçün sizә ruhani bir әnam çatdırmaq mәqsәdindәyәm; buna görә dә sizi görmәk üçün hәsrәt çәkirәm. 12Daha doğrusu, mәn aranızda olarkәn bir-birimizin imanı ilә qarşılıqlı halda ruhlanaq. 13Ey qardaşlar, bixәbәr olmağınızı istәmirәm ki, başqa millәtlәrdәn olan digәrlәri arasında etdiyim kimi sizin aranızda da әmәyimin bәhrәsini götürüm deyә dәfәlәrlә yanınıza gәlmәk niyyәtindә olmuşam, amma indiyәdәk maneәlәrә rast gәldim. 14Mәn hәm Yunanlara, hәm dә barbarlara, hәm aqillәrә, hәm dә cahillәrә borcluyam. 15Bu sәbәbdәn mәn Romada yaşayan sizlәrә dә bacardığım qәdәr Müjdәni yaymağa hәvәsim var. 16Mәn Müjdәdәn utanmıram, çünki o, iman edәn hәr kәsin – әvvәlcә Yәhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrәtidir. 17Müjdәdә Allahın salehliyi aşkar olur vә bu salehlik tamamilә imanla әldә edilir. Necә ki yazılıb: "Saleh adam imanla yaşayacaq". 18Hәqiqәtә haqsızlıqla әngәl törәdәn adamların hәr cür allahsızlığı vә haqsızlığı ucbatından Allahın qәzәbi göydәn aşkar olur. 19Çünki Allah haqqında mәlum olan şeylәr onlara aşkardır, Allah Özü bunu onlara aşkar edib. 20Dünyanın yaradılışından bәri Allahın gözә görünmәyәn xüsusiyyәtlәri, yәni әbәdi qüdrәti vә ilahiliyi Onun yaratdıqları vasitәsilә üzә çıxır. Buna görә dә onlar üzrsüzdür. 21Adamlar Allahı tanıdıqları halda Ona nә Allah kimi izzәt verdilәr, nә dә şükür etdilәr. Әksinә, boş düşüncәlәrә uydular vә axmaq ürәklәrini qaranlıq bürüdü. 22Müdrik olduqlarını iddia etdiklәri halda ağılsız olub, 23fani olmayan Allahın izzәtini fani olan insana, quşlara, dördayaqlılara vә sürünәnlәrә bәnzәyәn bütlәrlә әvәz etdilәr. 24Buna görә dә Allah onları ürәklәrinin şәhvәti üzündәn murdarlığa tәslim etdi ki, bir-birlәrinin bәdәnini rüsvay etsinlәr. 25Onlar Allahın hәqiqәtini yalanla әvәz etdilәr, Yaradanın yerinә yaradılışa sәcdә vә ibadәt etdilәr; o Yaradana әbәdi alqış olsun! Amin. 26Bu sәbәbdәn Allah onları öz rәzil hәvәslәrinә tәslim etdi. Onların qadınları tәbii әlaqәni qeyri-tәbii әlaqә ilә әvәz etdilәr, 27eyni tәrzdә kişilәr dә qadınla olan tәbii әlaqәdәn әl çәkib bir-birlәrinә şәhvәtlә qızdılar; kişilәr kişilәrlә rüsvayçılıq edib öz daxillәrindә rәzilliklәrinә layiq cәzanı aldılar. 28Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncәlәrә tәslim etdi ki, әdәbsiz işlәr görsünlәr. 29Onlar hәr cür haqsızlıq, pislik, tamahkarlıq vә kinlә doldular; paxıllıq, qatillik, münaqişә ruhu, hiylә vә pis niyyәtlә dolub-daşdılar. Onlar qeybәtçi, 30böhtançı, Allaha nifrәt edәn, söyüşçü, mәğrur, tәkәbbürlü, pis işlәrdә bacarıqlı, ata-anaya itaәtsiz, 31axmaq, xain, şәfqәtsiz vә rәhmsizdir. 32Hәrçәnd ki belә işlәrlә mәşğul olanların ölümә layiq olduğu barәdә Allahın әdalәtli hökmünü bilirlәr, amma yenә dә bu işlәri görürlәr, hәtta belә işlәr görәn başqalarını da alqışlayırlar.


Copyrighted Material
Learn More

will be added

X\