TİTӘ 1

1Allahın qulu vә İsa Mәsihin hәvarisi, mәn Pauldan salam! Allahın seçdiyi insanların iman edib möminliyә uyğun olan hәqiqәti dәrk etmәlәri üçün tәyin olundum. 2Allah yolu әbәdi hәyat ümidinә әsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan әvvәl vәd etmişdi. 3Xilaskarımız Allah Öz әmrinә görә mәnә әmanәt edilmiş vәzlә kәlamını vaxtında aşkar etdi. 4Ümumi imana görә mәnә әsl oğul olan Titә Ata Allahdan vә Xilaskarımız Mәsih İsadan lütf vә sülh olsun! 5Tamamlanmamış işlәri sahmana salasan vә sәnә tapşırdığım kimi hәr şәhәrdә cәmiyyәt ağsaqqalları tәyin edәsәn deyә sәni Kritdә saxladım. 6Ağsaqqal seçilәn şәxs nöqsansız vә tәk arvadlı olaraq ona sadiq olsun. Övladları imanlı olmalı, mәnәviyyatsızlıqda ittiham olunan yaxud itaәtsiz olmamalıdır. 7Çünki cәmiyyәt nәzarәtçisi Allahın iş idarәçisi olduğuna görә nöqsansız olmalıdır. Dikbaş, hirsli, şәrab düşkünü, zorakı, haqsız qazanca hәris olmamalı, 8әksinә qonaqpәrvәr, yaxşılığı sevәn, ağıllı-kamallı, saleh, müqәddәs, nәfsinә hakim olmalıdır. 9Hәm başqalarına sağlam tәlimlә nәsihәt vermәyә, hәm dә ona qarşı çıxanları tәkzib etmәyә qadir olsun deyә aldığı tәlimә uyğun olan etibarlı kәlamı bәrk tutmalıdır. 10Çünki, xüsusilә, sünnәt tәrәfdarları arasında bir çox itaәtsiz, boşboğaz vә saxtakar insanlar var. 11Onları sakitlәşdirmәk lazımdır. Çünki onlar haqsız qazanc әldә etmәk üçün lazımsız şeylәri öyrәdәrәk bәzi ailәlәri tamamilә alt-üst edirlәr. 12Onlardan biri – öz peyğәmbәrlәrindәn biri belә demişdir: "Kritlilәr daima yalançı, azğın heyvan, tәnbәl qarınquludur". 13Bu şәhadәt etibarlıdır. Ona görә dә onları sәrt bir şәkildә mәzәmmәt et ki, imanları sağlam olsun, 14Yәhudi әfsanәlәrinә vә hәqiqәtdәn dönәn insanların әmrlәrinә qulaq asmasınlar. 15Paklar üçün hәr şey pakdır, lәkәli imansızlar üçünsә pak heç bir şey yoxdur. Amma onların hәm düşüncәsi, hәm dә vicdanı lәkәlәnmişdir. 16Onlar Allahı tanıdıqlarını iqrar edirlәr, amma әmәllәri ilә bunu inkar edirlәr. İyrәnc vә itaәtsizdirlәr, heç bir yaxşı iş görmәyә yaramazlar.


Copyrighted Material
Learn More

will be added

X\