TİTӘ 3

1İmanlılara xatırlat ki, başçılar vә hakimlәrә tabe olub itaәt etsinlәr. Hәr cür xeyirli iş görmәyә hazır olsunlar. 2Heç kimә şәr atmasınlar, davakar deyil, mülayim olsunlar vә bütün insanlarla hәlim davransınlar. 3Çünki bir zamanlar biz dә ağılsız, itaәtsiz, yolunu azmış, müxtәlif ehtiraslar vә zövqlәrә qul olan, kin, paxıllıq içindә yaşayan mәnfur vә bir-birimizә nifrәt edәn adamlar idik. 4Amma Xilaskarımız Allah xeyirxahlığını vә insana olan sevgisini açıq göstәrdiyi zaman 5bizim salehliklә etdiyimiz әmәllәrlә deyil, Öz mәrhәmәtinә görә bizi xilas etdi. Bunu bizi yumaqla, yәni Müqәddәs Ruhun bizi yenidәn doğuzdurub tәzәlәmәsi ilә etdi. 6Allah Xilaskarımız İsa Mәsih vasitәsilә üzәrimizә bol-bol Müqәddәs Ruhu tökdü ki, 7Onun lütfü ilә saleh sayılıb ümidimiz olan әbәdi hәyatın varisi olaq. 8Bu söz etibarlıdır. Mәn bu şeylәrin üstündә durmağını istәyirәm ki, Allaha iman etmişlәr xeyirxah işlәrlә mәşğul olmağa diqqәt yetirsinlәr. Bu, insanlar üçün xeyirli vә faydalıdır. 9Lakin axmaq mübahisәlәrdәn, nәsil şәcәrәlәrindәn, münaqişәlәrdәn, Qanunla bağlı dava-dalaşlardan uzaq dur. Çünki bunlar faydasız vә boş şeylәrdir. 10Tәfriqәçi adamdan birinci vә ikinci xәbәrdarlıqdan sonra әlaqәni kәs. 11Belә adamın yolunu azmış vә günahkar olduğuna әmin ola bilәrsәn. O öz-özünü mәhkum etmişdir. 12Mәn Artema vә ya Tixiki yanına göndәrәn kimi çalış ki, yanıma, Nikopolisә gәlәsәn. Çünki qışı orada keçirmәyi qәrara almışam. 13Qanunşünas Zena ilә Apollonu sәylә yola sal, qoy onların heç bir şeyә ehtiyacı olmasın. 14Qoy bizimkilәr dә tәcili ehtiyacları ödәmәk üçün xeyirli işlәrlә mәşğul olmağı öyrәnsinlәr ki, bәhrәsiz qalmasınlar. 15Yanımdakıların hamısı sәni salamlayır. Bizi sevәn imanlılara salam söylә. Hamınıza lütf olsun!


Copyrighted Material
Learn More

will be added

X\